Paypal Hesabda göstərilən balansım

Sabahınız xeyir bir daha. Mənim bir sualım olacaq. Tutaq ki , mənim kredit kartımda 500 azn pul var və men paypalda qeydiyyatdan keçib öz kartımı ora əlavə eləmişəm. İndi bilmək istəyiram ki kartımı ora əlavə etdikdən sonra paypal-da PayPal balance: bölməsində mənim hesabımın hamısı görsənəcək? yoxsa istədiyim məbləği ora köçürmək olur? Bu təhlükəli deyilmi?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

admin (2011-11-28 10:03:35)
Salam. Xeyr, orda həmişə 0.00$ göstərəcək, Paypalın sizin kartınızdakı balans ilə hər hansı işi olmur. Yalnız siz özünüz hər hansı saytda paypalla ödəniş etdikdə sizin təsdiqinizlə lazımi məbləği hesabınızdan çıxır və ötürür, daha sonra təbii olaraq yenə 0.00$ göstərir. Bir sözlə Paypal ancaq ötürmə xarakterlidir, saxlama(bank) xarakterli yox.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Paypal-da 4 rəqəmli kod

Paypal-dan alınan malın harda olmasını bilmək

İstənilən xarici ölkəyə mal göndərmək haqda məlumat verə biləcək sayt