Xampp da mail

Salam.Men oz kompyuterimdə xampp qurmuşam. Ama mail göndərmək olmur. Onu nece düzəldim? Ümumiyyetle localhostda xampda mail göndərmək olur? Komp internetə qoşuludu. Çox sağolun.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Emin_1990 (2011-11-30 13:03:25)
Baxaram videoya.Köməyə görə cox sağol. Təşəkkürlər.

Jamil Gasimov (2011-11-30 01:14:33)
Baxdım, və bəli, Mercury-ni işlətmək olar. Onu sadəcə konfig və aktiv etmək lazımdır. YouTube-da tutorial var. Məncə, çox yaxşı izah edilib: http://www.youtube.com/watch?v=zO2p3uX9poY

Emin_1990 (2011-11-29 23:30:24)
Çox sağol. ama mənə göndərmək lazımdı. Mercuri var xampin özündə. Bəs o nədi? Maili göndərmək üçün hansı serveri yükləyim?

Jamil Gasimov (2011-11-29 23:22:47)
TheBat və Outlook hər ikisi mail client-di. Sizə mail server lazımdır. Məsələn, mdaemon, exchange, postfix kimi. Test məqsədi üçün mən sizə balaca bir server quraşdırmağı tövsiyə edərdim. Məsələn, http://smtp4dev.codeplex.com/ O, mail-ları əslində qöndərmir, amma özündə saxlayır. Sonra loglarında baxmaq olar ki sizin php script həqiqətən də işləyir.

Emin_1990 (2011-11-29 23:11:47)
Indi hal hazirda mail göndərirəm belə error verir [code]Warning: mail() [function.mail]: Failed to connect to mailserver at "localhost" port 25, verify your "SMTP" and "smtp_port" setting in php.ini or use ini_set() in C:\xampp\htdocs\test.php on line 10[/code]

Emin_1990 (2011-11-29 23:07:32)
Mən öz serverimdə qurmaq istirəm. The bat yada Outlook la. Zəhmət olmasa deyində bulardan hər hansi biri ilə necə qurum?

Jamil Gasimov (2011-11-29 23:00:52)
Bunun iki cözüm yolu var: 1) öz kompyuterinizdə mail server quraşdırmaq. 2) başqa mail server-den istifadə etmək. Bunun üçün php.ini faylında [code]SMTP = localhost [/code] sətri tapıb, localhost-un yerinə başqa bir mail serverin ünvanını yazmaq lazımdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Lycos-da qeydiyyatdan keçməkdə problem

Domen maili və gmail

Yahoo mailimin bağlanması təhlükəsi var?

Gmail poçtumla microsoft hesab açdım, lakin microsoft hesabda gmail hesab kimi göstərilir

Asp Error

mail.ru-da özümə video açılmır