WP saytın FB-də paylaşılan xəbər başlığının yanında sayt adının görüntülənməsini necə təmin etmək olar?

Salam Dostlar! WP saytda Facebook üzvləri hər hansı bir xəbəri “Like” edərkən və ya paylaşarkən onların FB profillerinde like edilən və ya paylaşılan xəbər başlığının əvvəlində və ya sonrasında saytın adının görüntülənməsini necə təmin etmək olar? Nümünə, Sayt.Com: Test Xəbər Başlığı və ya Test Xəbər Başlığı | Sayt.Com şəklində Cavablarınız üçün öncədən təşəkkür edirik!

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

admin (2011-12-05 00:26:37)
Baxdım, aydındır, dediyim kimi bu header.php-də həll olunası bir məsələdir. Universal olması üçün plugin yazılmalıdır, amma fərdi və qısa həll üçün header.php-ni redaktorda açın [code] </head>[/code] tag-ı var faylın son hissələrində ondan ön hissəyə belə yazın və yoxlayın facebook-da. [code] <meta property="og:title" content="<?php echo wp_title( $sep, $echo, $seplocation );?> - Saytınızın adı" /> </head> [/code]

Jurnalist (2011-12-04 22:53:42)
Hörmətli,Admin! Yeri gəlmişkən,bildirim ki, Sizin saytın da (Cavablar.net) hər hansı bir linkini Facebook-da paylaşarkən, paylaşılmış bağlantının yanında saytınızın adı görsənmir. Örnək olaraq, göstərdiyim merkez.az (məsələn,http://merkez.az/noyabrda-verilmis-ipoteka-rekord-qirib.html ) saytının isə FB paylaşımı zamanı bağlantıdan sonra saytın adı yer alır... Məncə,bu örnəkləri müqayisə edəsi olsaq,məsələ aydınlaşar... Təkrar təşəkkürlər!

admin (2011-12-01 10:44:54)
Yox, hər hansı pluginə ehtiyac olmamalıdır, plugin thumbnail şəklin seçilməsi üçün lazım ola bilər və bu haqda deyəsən bir dəfə sual olmuşdu burda və həllini yazmışdıq. Facebook link attach edəndə Saytın adı - Saytın başlığı formasını seçir. Sizdə ya general settingsdə, ya da birbaşa header.php-nin özündə [code]<title> </title>[/code] teqlərinin arasında nə yazılıbsa Facebook onu da götürəcək. Əgər bunlara əməl olunursa və nəticə yoxdursa o halda nümunə ünvan deyə bilərsiniz ki birbaşa yoxlayaq baxaq. Yox əgər saytın adını public olaraq gizli tutmaq istəyirsinizsə o halda əlaqə bölməsindən mənə göndərə bilərsiniz ünvanı

Jurnalist (2011-12-01 00:26:21)
Öncə, diqqətiniz üçün təşəkkürlər,Admin! Zaten, saytın üst hissəsinsə saytın adı yazılıb.General setings-də də saytın adı qeyd olunub. Əvvəllər paylaşım zamanı Facebook bağlantının əvvəlində saytın adını da çəkirdi. (Sayt.Com: Test Xəbər Başlığı) Lakin,nədənsə, indi saytın adı çəkilmir.Hər hansı plugine ehtiyac varmı? Qeyd: Hazırda Facebook like thumbnail plugini istifadə edirik.

admin (2011-12-01 00:08:07)
Salam. Saytın üst hissəsində teqləri arasında nə yazılıbsa, facebook da başlıq kimi onu götürür. Wordpress-də bu başlığı General Settings-dən dəyişə bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress-də bootstrapdan istifadə

wordpress üçün favicon

wordpress-də istifadəçilərin qeyydiyyatı

WordPress üçün hosting hardan alım…

WordPress menu code

Woocommerce Azərbaycan dilində mümkündürmü?