Asp Error

Salam.Mən xamp qurmuşam.Ama asp scriptleri açmır. Belə bir error verir [code]Server error! The server encountered an internal error and was unable to complete your request. Either the server is overloaded or there was an error in a CGI script.[/code] Bunu necə düzəldə bilərəm? Ümumiyyətlə xamp yalnız php üçün nəzərdə tutulub?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

admin (2011-12-01 11:37:07)
İnternetdə asan izahlar var, install İİS on Windows7 yazın baxın. Məsələn bu link

Emin_1990 (2011-12-01 09:53:37)
Admin ətraflı məlumata görə çox sağol. Ama məndə əməliyyat sistemi Üindoüs 7 dir. İİS 7 de var? Tapa bilmədim hardan yükləyim. Xp də bilirəm 7 də yox

admin (2011-12-01 09:40:24)
XAMP (X-Kross platforma, A-Apache, M-Mysql, P-PHP) paketidir, adından da göründüyü kimi Apache-də işləyən php saytlar üçündür. ASP.NET platforması isə İİS adlanan Microsoftun özünə məxsus olan veb serverdə işləyir. Kompüterinizdə İİS qurun, 80 və ya digər portu onun üçün ayırın, və işlədib baxın. Sadəcə nəzərə alın ki XAMP olduğu halda İİS-i quranda konflikt verəcək 80 portu üzrə. Ona görə də ya XAMP-ı dayandırmaq lazımdır, ya da apache conf faylına girib Listen 80 sətrini Listen 81 ilə ya nə iləsə əvəz edib Apache-ni restart etmək lazımdır. O halda hər iki veb server kompüterinizdə paralel işləyəcək, biri php üçün, biri .NET üçün, biri localhost:81 ünvanı ilə, biri localhost ünvanı ilə(:80 portu yazılmaya da bilər).

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Asp-ni necə aktiv edim

Bütün pc’lərin görəcəyi local domain

phpmyadmin mysql apache-nin işləməsi səbəbi

Xampp da mail

ASP dərslik

Local server vasitəsilə PHP mail(); funksiyasında XƏTA!