İnternet kəsilmə problemi

Məndə internet dən tez tez cıxır hər dəfə gələndə ayrı sürətlə girir. Məndə 2000 di sürət ama çıxıb girəndə hərdən 200 ya 1500 ya 2200 ve.s olur. Provayder Connectdi.Modem Aztech. Provayderə zəng vurub dedim dedi ki yoxladım hər şey normaldı. Sonra dedi ki set olan yerdə orda protokollar var 4 ve 6. 6-nı bağla 4-üçün İP adreslər dedi. Dedi sonra modemi söndr yandır düzələcək. Amma yenə olmadı. Dedi ki, bizdə normaldı hər şey ATS dən ola bilər. Mən də Ats-ə zəng vurdum onlar da yoxladılar dedilər ki, normaldı hər şey. Indi bilmirəm nə edim. Nədən ola bilər? Modemdən ola bilər?


Yadda saxlama
Kateqoriya: İnternet bağlantı . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(14:25, 01/12/2011 ) #4818

Mən özüm də connect istifadəçisiyəm.Yeni tarifə gürə sürət 8 mb olmalıydı.Oldu da bir neçe müddət problemsiz.Ama axır vaxtlar sürət 2.5-2.8 aralarında dəyişir.Yəni ki normal deyil.Ya 2den az olmalıdı ya 8-den)Zəng edirəm heç duşmək də olmur.Sizi bilmirəm necə əlaqə saxlaya bildiz.Sizdə problem nə vaxtdandı?Çıxmaöı conectlik olmamalıdır.modem ve ya modemdən kompüterə qoşulan naqili yoxluyun siz

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:01, 01/12/2011 ) #4819

159 zeng etdim.ordan yoxladilar dedilerki yaxsidi normaldi.her naqli mantyor gelib yoxlayib.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:12, 01/12/2011 ) #4820

internetden chixan zaman modemde dsl ve ya internet ishigi kesilir mi?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:20, 01/12/2011 ) #4826

internet isigi tamam kesilir.ama dsl ya yanib sonur ya yanmir yad yanir.ama internet sonur

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:06, 01/12/2011 ) #4828

maraqlıdır.dsl gah ele gah bele olur o meni çaşdırdı tamam.təəssüf kömək eliyə bilməyəcəm.ağlıma heç ne gəlmədi

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:15, 01/12/2011 ) #4829

yo cox vaxt ama Dsl sonmur yanili qalir.internet ise isgi ya sonur tamam yada sonub yanir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:26, 12/01/2012 ) #6739

salam. biz şərikli internetden istifadə edirik süret 2,5 mbdi. bize yarısi ,yəni 1 mb i düşür.
bezen suret çox zeif olur istifadə etmek hec mümkün olmur bu ne ilə əlaqəli ola bilər?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:06, 04/03/2012 ) #10023

Məndə bu problemlə vaxtilə üzləşmişdim. Hər bir şeyin çarəsi olduğu kimi, hər bir şeyin yaranma səbəbi var. Sizdə bu problem yaranibsa deməli bunun səbəbi var.”İnternetden tez-tez çıxmağını”, modemde “ADSL və İnternet işığının tez-tez yanıb-sönməyi” günün problemidir və bunun səbəbini bacardığım qədər sadə dildə izah edəcəyəm.
Bir qism insan bunu provayder, bəziləri kompda olan virusla və ya modemin nasazlığıyla, bəziləridə ATS-lə bağlayır. Yadda saxlayın sualınızda sadaladığınız problemlər baş verirsə bunun “teqsirkarı” A T S-dir. Evinizdən ATS-ə qədər olan XƏTTDƏDİR problem!!! Yox əgər dediyimə şübhə edirsinizsə gəlin bunu Sizə sübut edim.(Bunu özünüzdə özünüzə sübut edə bilərsiz) Deməli belə, ADSL modeminin “Nastroykasına” daxil olursunuz. Orada Down Stream Attenuation və Down Stream SNR Down Stream Link Speed funksiyaları mövcuddur. Bunlar nədir? Bunlar sizin ADSL modemiylə ATS-in modemi(DSLAM) arasında keyfiyyətlilik və ötürücülük qabiliyyətlərini göstərən parametrlərdir. Down Stream Attenuation dB(desibel) ilə ölçülür. Modeminizin nastroykasina daxil olduqda Doun Stream Attenuation 20 db-lə qədərdirsə ATS xəttiniz ƏLADIR, 20 db-dən 30 db-ə qədərdirsə deməli xəttiniz YAXŞIDIR, 30 db-dən yuxaridirsa – yaxşı deyil ORTADIR, 40db və ya daha çoxdursa xəttiniz “PİS GUNDEDİR” və s. Bir sözlə db nə qədər az olsa bir o qədər yaxşidir…
Down Stream SNR – bunda tərsinə, göstərici nə qədər çox olsa bir o qədər yaxşıdır. ƏGər SNR 5-10 db-dirsə “yazıq modem necə sönməsin, internet necə qırılmasın?!” ), əlbəttə bu ZƏİFDİR internet hər dəqiqədən bir qırılacaq, SNR -10-18 dbdirsə tez-tez olmasada, qırılmalar yenə olacaq(ORTA), 20 db-dən yüksəkdirsə bu əladır, qırılmalar heç vaxt olmayacaq.
Əgər xətdinizin keyfiyyət göstəriciləri aşağidirsa gedin ATS-n”boğazindan yapışın” ) qoy xettini təzələsinlər. Çox güman ki, Sizə orda bunun “günahını” provayderdə olduğunu bildirəcəklər, qulaq asmayın, xəttini dəyişdir və ya təmir elətdir gör necə düzələcək. Uğurlar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (1 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (5 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (5 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (7 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (7 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (18 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (18 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (18 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024