PayPal balance: $0.00 USD – ?

Salam, 10 gün əvvəl Unibank-dan yeni Vica Electron Card əlde etdim. Həmin gün kartımı təstiq etmək üçün PayPal'da qeydiyyatdan keçdim. Buraya kimi hər şey yaxşıdı. Qeydiyyat da uğurlu alındı. Nə isə uzatmıram. Elektron kartı təstiq etdikdən 3 gün sonra o məhşur 4 rəqəmli kodu əldə etdim. PayPal hesabımda o 4 rəqəmli şifrəni də təstiq etdim. Artıq 1 həftə keçib amma pul PayPal'dakı hesabıma oturmayıb. Kartımda 60 manat (76$) pul var idi. Sizcə problem nədədir ? Hesabımı screen çəkdim ama bura yerləşdirə bilmədim. Şəkilə baxa bilərsiniz. http://zalil.ru/32183816

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

admin (2011-12-02 22:26:35)
Paypal pul saxlamaqçün deyil, pul ötürmək üçün olan prosessinq sistemidir. Orda həmişə 0 göstərir, onun istiyari yoxdur sizin kartınızdan pulu çəksin. Pulu ancaq lazım olandan olana çəkir, o da sizin sifarişinizlə harasa ödəmək üçün. Kartınızdakı pulu bankdan öyrənə bilərsiniz. P.S. Bu sual saytda dəfələrlə verilib, axtarış bölməsindən baxa bilərsiniz daha çox izahlı cavablar üçün

Агшин Сохрабоглу (2011-12-02 22:18:52)
məncə elə olmamalıdır axı. bəs o balance nəyi göstərir ?

Sahin Isgenderov (2011-12-02 21:36:40)
0 gosterir?indi men nece bilimki ne qeder pul var

Aytashi (2011-12-02 21:32:24)
Paypalda həmişə balans "0" göstərir. Narhat olmayın, hamıda elədir )