ubuntu, wubi, yeni istifadəçi

Nəhayət ubuntu yüklədim və qarşılaşdığım ilk görünüş çox xoşuma gəldi. Hələ cəmi yarım saatdı işlədirəm. Ən gözlədiyim şey olmadı amma. Hələ də notebook-um zəif işləyir. Daha sürətli olması üçün görəsən windows-u silim? 2ci sual, google chrome yüklədim, amma nədənsə açılmır, error deyir. 3cü sual windows-u indi silsəm mənim şəkillərim, yazılarım və s silinəcəkmi və ya bunun qarşısını necə ala bilərəm? 4cü sual, ubuntu-da word-un əvəzləyicisi olan libreoffice writer-di səhv etmirəmsə. mən onda material hazırlasam sonra windows işlədən komp.da onu aça biləcəm? hele ki bu qədər deyəsən.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Tural Əlisoy (2011-12-03 15:00:32)
chromium yükləmisənsə işləməli idi axı. və birdə vubinu d diskinə yazmısan yoxsa c? ola bilər bəlkə buna görə ağır işləyir

admin (2011-12-03 10:23:04)
Məsləhət belədir ki, 4-5 gün tanış olduqdan sonra bütün lazımi faylları kənar diskə kopyalayın,kompüteri formatlayıb və Ubuntu yazın. Windowsa bye bye :) Ondan sonra Chrome səhvi filan olmayacaq. Birdəfəlik rahatlıq odur.

Efsane Shahmurad (2011-12-02 22:31:40)
çox sağ olun. əslində elə indi də komp açılanda Windows ve Ubuntu göstərir və 2cisini seçirəm. amma belə başa düşdüm ki, hələ Windows-u silmək üçün çox tezdi mənim üçün. chrome məsələsi də belədi ki, artıq 3 dəfə yükləmişəm. amma hər dəfə açanda vnutrennaya oshibka deyir.

exodius (2011-12-02 22:18:38)
1. Wubi ile yazmisinizsa, performansda problemler ola biler, chunki windowsun fayl sisteminde ola bilecek fragmentasiyalar ona da tesir edecek 2. Error-u bir etrafli yazsaydiniz kash... 3. "Dual boot" deyilen yolla yaza bilersiniz Ubuntu-nu... yeni, Ubuntu yukleyende ( Wubi ile deyl, musteqil emeliyyat sistemi kimi) , netbukunuzun hard diskinde olan bosh yerden yeni partitio yaratmaqla ubuntu-nu ora install ede bilersiniz. bundan sonra komuter achilanda rahat shekilde Windows ve Ubuntunu seche bileceksiniz..Amma bir qeder riskli oldugu uchu, ilk defe uchun bunu bacaran birinin etmesi ve ya birbasha onun nezareti ile etmeyiniz yaxshi olar ( google-ni heleki hech kes legv etmeyib, amma fayllarinizin , shekillerinizin itme riski oldugunda, meslehetdi ki her hansi eksperimentlerden once fayllari xarici informasiya dashiyicilaria kochuresiniz). 4. Libreofficle hazirladiginiz fayli .doc formatinda saxlasaniz, Word-de acha bileceksiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

DLE-də spacer.gif faylını yükləmək