Internet qəzeti açmaq-Məsləhət lazım

Salamlar.Mən internet qəzeti (xəbər portalı) açmaq istəyirəm. və bundan başqa da 2 saytım var. Mən hosting seçimində qalmışam. Nə alim sizcə? Nə məsləhətdi? vps alsam olar? elə olsunki hər 3 saytı öz aldğım hostda qurum. Ama ayri ayri paneli olsun hərəsinin. Yoxsa hər sayta ayrca Shared hosting alım?Cavabınıza görə təşəkkür edirəm öncədən.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

admin (2011-12-03 16:43:36)
Yaxşı olardı ki, təcrübəli bir tanışa müraciət edəsiniz. Çünki parametrlərə baxmaq, müvafiqin seçmək almaq, daha sonra orda serveri quraşdırıb hazır vəziyyətə gətirmək və.s. asan iş deyil. Shared hostinqdə hər şey hazırdırsa, serverdə hazır heç nə qurulmayıb. Sadəcə proqramlar install olunub. Qalanını özünüz etməlisiniz.

Emin_1990 (2011-12-03 16:25:50)
Admin qardaşım mən Hetzner.de saytına baxdım ama vps bilmədim hansıdı orda və hansı məsləhətdi. Zəhmət olmasa menim quracağım sayta hansı vps uyğundursa onun dəqiq linkini qoyda bura.men girim hemin vps i alım

admin (2011-12-03 16:00:28)
Hetzner Almaniya, Site5 USA və.s.

Emin_1990 (2011-12-03 15:33:30)
Xaiş edirəm cavab yazinda. Təcili qərar verməliyəm.

Emin_1990 (2011-12-03 13:48:23)
Admin qardaşim məsləhətli vds hardan alım? Siz hansı şirketi məsləhət görürsünüz? Qiyməti də uyğun olsun.yani orta.birdə ki çox sayt qurmayacam. 5-6 sayt alacaq.birdə ki windows server olsun.onuda qeyd edimki dini xəbər saytı olacaq sayt

admin (2011-12-03 13:41:09)
VDS alın bəli. İstədiyiniz qədər sayt host edə bilərsiniz içinə. Təbii ki VDS-in real gücünə uyğun sayda. Shared ancaq statik kiçik saytlarçün məsləhətdir. Dinamik, populyar olmağa iddialı saytlar üçün yox.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hostinq sahəsində əlavə yerin məşğul edilməsi haqqında

Windows Hosting

Ən yaxşı hosting və domen

Email hosting

Yerli (Bakıda olacaq) serverlə bağlı sual

Hosting & VPS/VDS