Paypalda bir məhsula görə 2 dəfə ödəniş

Salam. Mən ebay-dən auksionda bir şey almışam. İndi baxıram ki, paypalda eyni item üçün 2dəfə pul çıxıb. Halbuki, itemi udanda ona görə pul ödəmə düyməsi pulu ödəyənə kimi göstərilir. Ödədikdən sonra itir. Bu nədir belə? Mən satıcıya bir şey yazım??

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

exodius (2011-12-04 00:14:36)
well, həmin vaxt ( təxminən 4 il bundan qabaq) poçt müdiriylə də görüşmüdüm, nəsə qanunvericilik filan göstərmək istəyirdilər, səbrim çatmadı və çıxdım. Amma sonradan gördüm ki bunu ətrafımdakı hər kəs ödəyir və "uğraşmağa" vaxtım olmadığı üçün boş verdim. siz cəhd edin. Qəbz verilmir, bilidirişin üzərində məbləğ yazılır.

Aytashi (2011-12-04 00:05:53)
sizə qəbz verdilər? çünki mən internetdə oxuyuram,bəzi adamlar yazır ki heç nə ödəməyiblər,bəziləri isə ödəməli olublar. əgər fərqlilik varsa demək qanuni deyil. qanunidirsə,niyə heç yerdə tariflər barədə yazılmayıb. mən 30 manat ödəmək istəmirəm.(

exodius (2011-12-03 23:55:56)
Rüsum barəsində, təəssuf ki link verə bilməyəcəm... bəli, hər əşya üçün minium 1 manat ödəməli olacaqsınız... cəhd edib ödəməməyi də yoxlaya bilərsiniz, amma məndə alınmadı bu variant... 1 ci məsələs, eBay səviyyəsində həll olunmalı məsələdir, onlarla əlaqə saxlayın...

Aytashi (2011-12-03 23:38:13)
rüsum haqqında harda yazılıb? 30dan çox əşya almışam,müxtəliş vaxtlarda gələcəklər.mən indi poçta 30 manat ödəməliyəm? Mən bir əşya üçün bid eləmişəm. ebaydə purchase history-də ancaq bir ədəd idi o əşya. amma nədənsə 2 transaction olub. Halbuki qty 1 yazılıb descriptionda.

exodius (2011-12-03 23:19:25)
Satıcı üçün maraqlı deyil siz neçə əşya üçün bid edirsiniz. Maraqlıdır ki, siz auksion bitənə qədər 2 əşya üçün bid etdiyinizin fərqində olmamısınız? Şəxsiyyət vəsiqəsindən əlavə 80 qəp. rüsum var, amma 1 AZN verməli olacaqsınız...

Aytashi (2011-12-03 23:03:54)
Çox güman ki, belə olub: mən ayrı-ayrı məhsulları müxtəlif səhifədə açaraq pay novv düyməsini basırdım. Bəlkə 2 səhifədə də təsadüfən eyni item ödəniləcək olanların siyahısına düşüb? Çünki, ödənişlərin arasında 30-40 saniyə vaxt keçib. Buy it novv düyməsi yox idi.Mənə qəribə olan odur ki, bu satıcı heç soruşmayıb ki, eyni item-a görə nədən iki dəfə ödəmisən? Axı auksiona 1 item qoyulub. O artıq hətta göndərib də.Amma bilmirəm 2sini göndərib ya 1dənə. Mən satıcıya yazdım, ebaydə də, emailinə ayrıca da. Amma bir cvb gəlməyib hələ. Bir sualım da var: Aldığım malları poçtda təhvil aldıqda təkcə şəxs.vəs. lazımdır?

exodius (2011-12-03 22:51:29)
2 dəfə eyni əşya üçün pul çıxılması mümkün deyil. Paypal tranzaksiyaların siyahısını və eBay-ın alış-veriş siyahılarını müqayisə edin. Bəzi auksionlarda "By it now" və " Place bid" dwym'l'ri yan-yana olur bəlkə hər 2-sinə basmısınız) Əvvəlcə satıcıyla təmas qurmağa çalışın, alınmasa eBay-ın öz dəstəyilə, onlar sizə kömək edərlər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Motorola Mint Verizon Motorola Droid X MB810 Android 8GB WiFi 8.0 MP Camera Cell Phone

Rus alış veriş saytı

Ebayda spy camera sifarişi

eBayda göndəriş nişanı

Paypal-da 4 rəqəmli kod

eBay-dan gələn ismarıc