İnternetlə xaricdən mal sifarişləri və gömrük rüsumları…

Salam Dostlar! Bildiyimiz kimi, internetlə xaricdən mal sifarişi zamanı 200 dollara qədər olan məhsullar gömrük rüsumlarından azaddır.Lakin,eşitdiyimə görə,mal sayında da məhdudiyət olmalıdır,yəni bir maldan birdən artıq gətirildikdə, ümümi məbləğ 200 dollardan az olsa da,bu zaman gömrük rüsumu tətbiq edilir. Sizcə,ümumi məbləği 150 dollar olmaqla eyni maldan 20-30 ədəd və ya bir neçə paket sifariş olunarsa,gömrük rüsumu tətbiq edilirmi? Edilirsə,bu,təxminən hansı məbləğdə olur? Mövzu ilə ilgili fikirlərinizi bilmək istərdik. Cavablarınız için öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Remo (2013-02-16 18:44:17)
Bəs eyni maldan ara-bir sifariş versək necə?Məsələn hər həftə qiyməti 90 dollar olan 1 eded tablet pc sifariş veririk eyni ünvana gəlir.Bu halda gömrük gec-tez rüsum tələb edər?

Remo (2013-02-16 18:42:13)
Bəs eyni maldan ara-bir sifariş versək necə?Məsələn hər həftə qiyməti 90 dollar olan 1 eded tablet pc sifariş verirem eyni ünvana gəlir.Bu halda gömrük rüsum tələb edər?

masatrix1991 (2012-03-30 16:27:39)
əgər elədisə burdan almaq daha sərfəlidir

AygunM (2012-01-27 00:36:57)
35-36%

elshan (2011-12-20 23:29:00)
nece faiz tutulur?

exodius (2011-12-05 18:41:45)
eyni ünvana eyni maldan 20-30 dənə gəlsə, şübhə yaradacaq və yoxlanılacaq...məsələn, 30 dənə nokia telefonu 1 ünvana gəlirsə, aydındır ki, siz bunu şəxsi istehlakınız üçün almırsınız.

admin (2011-12-05 09:28:48)
Ümumi dəyər 200-ü keçmirsə, buraxılmalıdır, mənbə budur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»nın 2.1.2. yarımbəndinə əsasən fiziki şəxslər beynəlxalq poçt göndərişləri vasitəsi ilə ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kiloqramdan artıq olmayan malları aldıqda (göndərdikdə) qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilərlər. az-customs.net

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Elektron-Ticarət Azərbaycanda

PayPal Azərbaycan nümayəndəliyi varmı?

Rusyada “şəxsi PayPal hesabı” ilə saytdan ödəniş qəbul etmək mümkündür?

Plastik kartlar

PayPal’da pul göndərmə limiti

Aliexspress-dən telefon almaq istəyirəm