Ping nədir?

Salam. speedtest.net saytında sürətimi yoxlayanda solda yuxarıda ping göstəricisi də olur.O nədir və normal rəqəm orda neçə olmalıdır?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

zohrab15 (2014-05-03 11:08:42)
Web Səhifəniz Üçün Ping Xidmətləri (Ping Websites) Web səhifənizdə yeni açdığınız mövzular axtarış mühərriklərinin botları tərəfindən gec ziyarət edilirsə və çox gec indexlənirsə əl ilə botları çağırmaq üçün (Ping Websites) pulsuz ping xidmətlərindən istifadə edə bilərsiniz.

exodius (2011-12-07 09:42:55)
1-ci onu qeyd edim ki Azərbaycanda verilən sadə ADSL-dir və burada standartın upload sürəti maximum 1 mbit/s olur. Uploada təsir edən əsas məsələrdən 1-i telefon xəttinin keyfiyyətidir. Yeni xəttinizdə olan cüzi problemlər uploada təsir edir. Məncə 850 kbit/s Bakinternet üçün çox gözəl göstəricidir. )

Darky Pislick (2011-12-06 15:28:06)
Aha,anladım.Bir də Bakinternet upload sürətini 1Mb verirsə niyə speedtestde 0.85 göstərir uploadı?

admin (2011-12-06 11:29:38)
O ədəd orda müxtəlif ola bilər. Nə qədər aşağı göstərirsə, keyfiyyət bir o qədər yüksək hesab edilir. Speedtestdə ping sizin internet bağlantınızın loru desək gözləmə vaxtını göstərir. Yəni siz sorğu göndərərkən internet təchizatçının buna nə dərəcədə çevik reaksiya verməsi deməkdir. Bu çox mühüm amil olduğundan download, upload ilə yanaşı speedtest reaksiyavermə çevikliyini göstərən parametri də saytlarına əlavə edib.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

iPhone-ni Modem kimi istifadə etmək olar ?

google chrome reklamları yığışdırmaq

İnternetde saytdan sayta keçid problemi var

Bakinterneti necə düzəldim

Ele internet varmiki xaricdən ucuz alım burda işlədim

Online aldığım kitablar gəlməyib.