HTML koda blok

Salam. Mən html`ə necə blok qoya bilərəmki brauzer vasitəsilə onun kodlarına baxa bilməsinlər?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Darky Pislick (2011-12-09 20:08:02)
Çox sağolun :)

admin (2011-12-09 18:42:13)
Darky Pislick, siz bəlkə Javascript ilə mousun sağ click-ini, mətnləri kopyalamağın qabağını almağı deyirsiniz? Onu deyirsinizsə o asan , amma eyni zamanda mənasız şeydir, çünki onunla heç nəyi qorumaq olmur, istəyən source-code-a girib baxacaq onsuz da, və ya Javascripti söndürüb baxacaq. Üstəlik bu metod mətni highlight edə-edə oxuyan adamlara(məsələn mən saytlardan mətnləri elə oxuyuram, mouse ilə abzas-abzas qeyd edə-edə) narahatlıq yaradır ki, bu da saytda istifadəçi itkisinə gətirib çıxara bilər.

Bahruz Garamammadov (2011-12-09 18:25:18)
DLE məncə bunu edə bilməz. Vebsaytın server-side-i var PHP, SQL və s. onu istifadəçi görə bilmir. User-side isə javascript, html, css və s. User-side-i veb brauzer render etdiyi üçün bütün yazılar kodlar onda olur. Yəni siz gərək istifadəçinin kompyuterinə bir skript atasınız ki o istifadəçi brauzerinin funksiyalarını istifadə edə bilməsin. BU məncə mümkün deyil, mümkün olsa da mənasız fikirdi, çünki istifadəçinin icazəsi olmadan onun kompyuterinə müdaxilə etmiş olursunuz.

Darky Pislick (2011-12-08 17:55:04)
Amma DLE sistemdə bu mümkün idi

admin (2011-12-08 17:50:24)
Salam. Bu mümkün deyil. İstifadəçi saytınıza daxil olarkən sorğu-request göndərir, sizin sayt sorğunu alıb serverdə proqramlaşdırma dilinin vasitəsilə(məsələn PHP) emal edir və nəticəni HTML formasında geri-istifadəçiyə qaytarır(respond). HTML forması artıq istifadəçi üçün nəzərdə tutulub deyə siz heç cür nəyisə gizlədə bilməzsiniz, gizlətməli şey göndərilməməlidir, göndərildisə deməli artıq istifadəçinin ixtiyarına verildi.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

HTML, CSS, PHP və digərləri haqqında məlumat

Sayta girən kimi mahnı oxunsun

HTML-də hərəkət effekti

HTML qeydiyyat yaratmaq

Dreamweaver kimi programlar olan yerdə HTML , CSS və s bilmək lazımlıdırmı?

Bu saytı necə edit edə bilərəm?