Flash oyun saytı

Flash oyun saytları üçün hansı gücdə server almağı məsləhət görərdiniz?VDS almaq istəyirəm.baxim bu siyahidan hansini məsləhət gürərdiniz?OVZ-2 və ya OVZ-3 yetərli olar mı bunun üçün? [code]http://fastvps.ru/vds/[/code]

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

admin (2011-12-12 01:12:01)
Yox, siz deyən sadə ardıcıllıq shared hostingə aiddir. VDS-də isə iş bir az ağırdır, ilk dəfə üçün gərək təcrübəli biri kömək edə sizdə öyrənəsiniz. Tutaq ki Linux server aldınız(əksər serverlər Linuxda işləyir), onun üstündə aldığınız yer sizə bütün əsas proqramları install edib təqdim edəcək. Yəni serveri idarə etməkçün Webmin panel, Mysql server, PHP, Apache server, Mail server, FTP server, DNS, Cron və.s. quraşdırılmış olacaq. Birinci domen panelinizə girirsiniz, server üçün nameserver yaradırsınız(ns1 və ns2), sonra başlamalısınız VDSdəki proqramların ayarlarını düzqoş etməyə. Apache-də sayt yaradırsınız, nameserverləri DNS-də göstərirsiniz, Mysql user yaradıb bazaları yaradırsınız və.s. Bunlar bitdikdən sonra isə artıq shared hostdakı işlərə başlamaq olar(file copy paste, mysql import dump). Bir sözlə bir az uzun məsələdir ilk dəfə üçün, məsləhət deyil özünüz tək edəsiniz. Ya da internetdə forumlardan axtara axtara bəlkə də özünüz öyrənə bildiniz, amma çətin olacaq. P.S. Shared hostda sizə pulsuz Cpanel təqdim olunursa, VDS-də buna aylıq pul ödəmək lazım gəlir, qiyməti də ucuz deyil deyə çox güman onu almayacaqsınız, belədə saytın Cpaneli olmayacaq, ancaq FTP-dən idarə etməli olacaqsınız.

Polonya Yaponya (2011-12-12 00:59:51)
tesekkur cavabiniz uchun.bir de yeniyem bu ishlerde.deqiq basha sala bilersiz serverin kochme emelliyyati hansi proseslerden ibaretdir ve nece etmek lazimdir?sadece www qovlugunu kochururem,database bazani import/export edirem,ve domenden ip-ni qurashdiriram vessalam?

admin (2011-12-11 12:53:28)
VDS üçün zəif parametrlərdir. Çatacaq ya çatmayacaq o sizin saytın auditoriyasından asılı olacaq. flash oyun elə də ağır sayılmır, əsasən istifadəçi kompunda cache-a düşür orda işləyir, sayta ağırlıq az düşür. başlanğıcçün sınayın, əvvəl əvvəl rahat dözəcək, nə vaxt çətinlik yaranar, parametrləri artırarsınız, VDSdə bir tarifdən digərinə keçmək çox asandır, bir neçə saniyənin içində.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Gündəlik girişi 30.000 olan sayt üçün hansı server məsləhətdir?

SQL Server öyrənmənin perspektivləri

server və resel nə fərqləri var

Server almaq

Server otağı

Server eyni anda necə istifadəçi qəbul edə bilər?