WordPress tema və plugin tərcüməsi

Yeni yaradılan bir saytda temanı, plugini Azərbaycan dilinə necə tərcümə etmək olar? Bunun asan bir yolu var?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Mirislam Nazarov (2011-12-15 10:07:01)
Mənim özümün onlardan çox da başım çıxmır. Sadəcə bluehostda domain almişam, ona da vordpresi yükləmişəm. Vordpressdə də temanı yükləyirəm, ingiliscədi. Tərcümə etmək üçün .Mo, .Po fayllarını götürdüm, elə bluehostda admin səhifəmdə ftpa girirəm, orda o faylları upload etmək istəyirəm. Error vermir, sadəcə upload olunmur, elə "starting upload..." yazılır, vəssəlam. Yarım saat gözlüyürəm, yenidən yoxlayıram, alınmır

admin (2011-12-15 00:26:56)
Əlbəttə mümkündür, amma sizdə problem ftp-dədir axı, sualınızsa Wordpressə aiddir. Əgər ftp problemi varsa o halda problemi ətraflı təsvir edin saytda ayrıca sual şəklində(hansı səhv verir, hansı port, hansı ftp proqram işlədirsiniz və.s.)

Mirislam Nazarov (2011-12-14 20:35:44)
Yəni mümkün olmayacaq? Onun asan bir yolu yoxdur?

admin (2011-12-14 18:46:17)
Onda bu artıq FTP problemidir, Wordpresslə əlaqəsi yox

Mirislam Nazarov (2011-12-14 17:43:11)
Temanın müəllifi mənə .PO və .MO faylları göndərib. Ama mən FTPa girib onu lazım olan yerə upload edə bilmirəm, orda elə yazılır Starting upload..., elə də qalır. Upload olunmur

admin (2011-12-14 17:30:19)
Universal yolu müvafiq .PO faylını redaktə edib(yoxdursa yaradıb) sonra Poedit ilə .MO faylınl yaradıb istifadə etməkdir, amma bu ilk dəfə edən üçün asan yol deyil təəssüf ki. Ən asan yolu temanın və pluginin içində sözləri bir-bir tapıb tərcümə etməkdir elə. Bu universal olmasa da yararlı həlldir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Tərcümə edərək internetdən pul qazanmaq

Bəzi terminlərin Azərbaycan dilində qarşılığı

WordPress Visual Composer edit

Accessibility (Erişilebilirlik) termini bizim dilə necə tərcümə edim?

termin tərcüməsi

Proqram tərcümə üçün