HTMLdə axtar bölməsi

Salam. Axtar skripti html səhifələrdə niyə işləmir?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

admin (2011-12-18 16:01:22)
Form-u? Əlbəttə yox. Sizə hazır axtar class-ı lazımdır. Amma onu saytınıza inteqrə etmək də asan məsələ deyil, bilən adam lazımdır. Məsləhətə əməl edin, əvvəlcə təməl bilikləri öyrənin, sonra görəcəksiniz ki məntiqi yanaşmanız əvvəlcə necə səhv imiş. Server-side, user-side kod məntiqini ayırmağı bilmək lazım. HTML, Javascript, CSS, MySQL və PHP hər birinin təyinatı nədir bunu dəqiq bilmək lazım. Əks halda heç nə alınmayacaq

Darky Pislick (2011-12-18 14:29:31)
Hazır axtar formları köməyimə gəlməz?

admin (2011-12-18 13:50:21)
Salam. Axtarış css ilə və ya html ilə əlaqəli məsələ deyil. HTML, klassik Javascript və CSS serverdən göndərilən məlumatların brauzerdə yansımasını təmin edən texnologiyalardır. Yəni server hazır nə göndərirsə, onlar da onu əks etdirir. Axtarış isə serverin özündə baş verən prosesdir. Yəni loru desək iş HTML, CSS-ə gəlməmiş həll olmalı olan məsələdir. Axtarışı server-tərəfdə işləyən proqramlaşdırma dili həyata keçirir. Məsələn PHP. Siz form-da axtarış sözünü yazırsınız düyməni, enteri basırsınız, sorğu action-da hansı faylı yazmısınızsa gedir serverdə o fayla, server faylı açır və axtarış kəlməsini qəbul edərək fayla ötürür, artıq gerisi PHP-likdir. O sözü qəbul edir, bazaya daxil olur, sözü tapır, nəticələri hazır edir, daha sonra onlar geri, sizə göndərir, gələn nəticə html və css-in hesabına bəzəyə düzəyə mindirilir və sizin ekranda görünür. Gördüyünüz kimi html və css ancaq görüntünü həll edir, nəticəni isə PHP tapır. Bunu ümumi məntiqin izahı üçün yazdım. Məsləhətimsə budur ki, w3schools.com saytına daxil olub HTML,Javascript, CSS və PHP-ni başlanğıc səviyyədə mükəmməl öyrənəsiniz. Ondan sonra hər birinin təyinatı sizə daha aydın olacaq.

Darky Pislick (2011-12-18 13:05:59)
Mən öz ccs`imə uyğun form qurdum,amma nəsə axtaranda tapmır.formda action yeri boşdu.Ora nə yazılmalıdır?