Windows hosting (Təcili kömək)

Salam. Mənə zəhmət olmasa kömək edin. Windows hosting almalıyam. Godoody.com dan almışam ama script işləmir o nese hostda. Həm də panel qəlizdir. Başqa hardan ala bilərəm? Ödənişi visa kartla ödəmək olsun ama. Və yaxudda müvəqqəti olaraq ödəniş eləmədən hardan ala bilərəm windows hosting 1 ayliq test kimi. Öncədən təşəkkür edirəm

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Darky Pislick (2011-12-21 19:54:04)
http://byethost.com/ Sərfəli,rahat və sürətli

admin (2011-12-21 17:27:44)
Təəssüf ki supportla məşğul deyilik hazırda.

Emin_1990 (2011-12-21 15:32:02)
Admin, qardaşım script xəbər scriptidi. Atiram bazaya instal eləməy istəyirəm ama 500 error verir. Əsas direktoriyada heç bir fayla daxil olmaq olmur brauzerlə. Ama alt papka aciram orda fayli açır. Parolu desəm qura bilərsən? Zəhmət deyilsə.

admin (2011-12-21 15:15:20)
Script işləmirsə səbəbləri araşdırın, inanmıram kii godaddy host hər hansı ümumi kodlardan yazılmış skripti dəstəkləməsin. Odur ki məsləhətdir ki əlinizdə olan hosta uyğunlaşdırasınız kodu. Nə də alınmırsa, skriptlərdə hansı xəta varsa o barədə soruşa bilərsiniz bu saytda.