Sayt açmaq

Hər vaxtınız xeyr. Mən şəkillər üçün özümə sayt açmaq istəyirəm. İstəyirəm ki, saytımın adı designernatiq.net olsun. Bunun üçün visa kartla pul ödəmək lazımdır. Mən isə visa kartla ödəmək istəmirəm. Elə bir sayt var ki, o saytın pulun kontur vasitəsi sms göndərərək aktiv edim. (İndədən hamiya təşəkkürümü bildiriəm).

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

admin (2011-12-24 11:23:31)
Siz etibarlı yerdən alsanız heç kim əlavə pul çıxmaz. Arxayın olun. Ən yaxşısı visa kartınızı paypala qoşun cə tam təhlükəsuz alış verişinizi edin. Konturla bu alınmaz. Nəqd ödəməklə də ala bilərsiniz Bakıdasınızsa. Məsələn sahilhost.com, yer.az

designernatiq (2011-12-24 11:12:19)
Men kontur vasitəsi ilə açmaq istəyirəm.. Misal üçün 8888 nömrəsinə 99 yazıb göndərməklə. Visa kart vasitəsi ilə ödəməyi qorxuram. Birdən çox pul çıxarlar.

kamaleddin (2011-12-24 00:06:51)
domen.az -a poçt yoluyla pul göndərərək domen ala bilərsiniz. Düzü özüm yoxlamamışam, saytda belə yazılıb.

Emin (2011-12-23 23:04:18)
Əgər ödəniş etmək istəmirsinizsə onda pulsuz hosting götürə bilərsiz. Pulsuz hosting limitli olur,amma sizin dediyiniz kimi sayt üçün bəs edir. Domen kimi isə, pulsuz designernatik.tk kimi pulsuz götürə bilərsiz

designernatiq (2011-12-23 21:35:11)
nicat_behbudov Məlumatınıza görə çox sağolun. Təşəkkür edirəm.

nicat_behbudov (2011-12-23 21:31:58)
Salam.Bəli bəzi hostinq satanlar var ki kontur göndərməklə sizə hostinq verir.Mən birini tanıyıram.Amma keyfiyyəti haqqda bir şey deyə bilmərəm.1 GB Hostinqi (yəni ki designernatiq.net) 1 manatlıq kontura satır.Təbii ki aylıq.Ancaq designernatiq.net domeni istəyirsizsə siz hostinqdən elvə domen də almalısız.Bu isə 10 AZN-ə başa gəlir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

sayt yaratmaq