Ebay da kömək

Salam. Mən kapital bankın visa elektron kartını aldım və paypalda qeydiyyatdan keçdim. Daha sonra bankdan paypalın gönderdiyi 4 reqemli kodu oyrənib təsdiqlədim. Sonrada ebayda paypal hesabini qeyd etdim. Mənim fikrimcə hazırdı. Ebayda alış veriş edə bilərəm. Əsas sualım da elə bu olacaq. Ebayda necə mal ala bilərəm? Daxil oluram və məhsullar gorunur, ama orda elə məhsullar var ki məs, 8QB lıq fləş kart 1 dollara yazıblar. Bu həqiqətən belədir? Və mən o məhsulu almaq üçün hansı əməliyyatları etməliyəm. Çox xahiş edirəm bunu mənə 0 dan başa salında. Və yaxudda bu sualın tam izahlı cavabı olan mənbəni kimsə bilirsə ünvanını yazsında. Öncədən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Emin_1990 (2011-12-25 21:48:17)
Admin və Elman, çox sağolun. Təşəkkür edirəm. Çox işimə yaradı.

Elman İsgəndərli (2011-12-25 21:02:12)
Salam. Malın yanında "Buy it now" tıklayın və addım addım davam edin. Aşağı hissədə "Shipping"-in qarşısında "Free shipping" olmasına və ya çatdırılma qiymətinin olmasına fikir verin. Həmçinin lap yuxarıda "Item condition" qarşısında "New" və ya "Used" olmasına fikir verin. Uğurlar.

admin (2011-12-25 21:01:50)
Salam, siz işin çətin hissələrini dəf etmisiniz, indi qalan məsələlər asandır. Siz bu məqaləni oxuyun, hər şey tam aydın olacaq: http://farik.us/profanlar-ucun-ebay-haqqinda/

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebaydan gül toxumları sifariş vermək

ebay

PayPal da problem

ebay mal sifarişi tarixçəsi hardadır

PDM deyilən yerin nömrəsi

ebayda aksiyada qiymət qoydum onu almalıyam?