Başqa mənbədəki xəbərdən istifadə etmək

Dostlar mən saytımda başqa saytın xəbərlərindən istifade edirəmsə, əgər istinad edirəmsə sayt rəhbərliyinə demək vacibdirmii? Ümumiyyətlə belə qaydalar necə tənzimlənir?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Qubadov (2011-12-29 12:25:19)
Cox sagol Elvin qardaş.

Elvin Hacı (2011-12-29 09:44:11)
Salam. Əksər saytlarda altlıq hissədə və ya qaydalar bölməsində bu haqda yazılır ki: Sayta istinad edərkən mənbəni hiperlink olaraq göstərmək zəruridir. Əgər söhbər ensiklopedik və ya xəbər tipli resurslardan gedirsə, icazə almağa gərək yoxdur, sadəcə hiperlink qoymaq bəs edir. Məsələn Wikipedia bu prinsiplə işləyir və kimsədən icazə almır, çünki əsas müəllif hüqunu hiperlink qoymaqla qoruyur. Digər tip saytlara gəldikdə isə(məsələn fotosaytları, məzmunu ödənişli olan saytlar və.s.) bu artıq fərdi məsələdir və həmin saytlardan öyrənmək lazım ki, hansı formada icazə verir. Amma sizə xəbər lazım olduğundan hiperlink qoymanız bəs edər. Azərbaycan reallığını nəzərə alsaq bizdə elə də tənzimlənməyib bu. Ona görə də kiçik saytlar digərlərindən kopyalayır istifadə edir mənbə göstərmədən, böyük saytlar isə kiçik saytlardan nəsə götürəndə sadəcə olaraq mənbəni qeyd edir, amma hiperlink qoymur, bu da əslində düzgün deyil, sadəcə indi formalaşmış ənənə budur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

RSS vasitəsi ilə başqa saytın xəbərlərini öz saytımıza və ya mobil tətbiqimizə necə yükləyə bilərik?

Facebook səhifə ilə pul qazanmaq

Dle Xəbər paylaşmaq

Rus dilində maraqlı saytlar

Sayt yazilarini nece yazmali?

Dle media paylaşmaqda problem