Team Viewer nədir və necə istifadə olunar?

Salam. Mən bilmək istəyirəm bu proqram nə işə yarayır. Lütfən bu haqda məlumat verərdiniz.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Tural Əlisoy (2011-12-30 15:18:02)
Cavab: Teamviewer internet üzərindən uzaqdakı kompüterə daxilolma imkanı təmin edən və dünya daxilində 100 milyon istifadəçi sayına çatmış əlaqə proqramıdır. Teamviewer ilə internet əlaqəsi üzərindən başqa kompüterlərə bağlana bilər və bağlandığınız kompüteri sanki qarşısında otururmuş kimi idarə edə bilərsiniz. Yəni qarşı tərəfin kompüterin masaüstünü öz ekranınızda görərsiniz, siçan və klaviaturanız ilə istədiyiniz əməliyyatları edə bilərsiniz. Yəni uzaqdakı kompüterə proqram, oyun, və s. qurub silə bilər, fayl transferi edə bilər, kompüterin problemlərini həll edə bilərsiniz. Əlbəttə bunları etməniz üçün həm sizdəki həm də uzaqdakı kompüterdə Teamviewer qurulsun. Ətraflı buradan oxuya bilərsiz http://tural.in/team-viewer-n%C9%99dir-v%C9%99-nec%C9%99-istifad%C9%99-olunar/ P.S. Sual və cavab sayta öyrədici xarakterli material olaraq yerləşdirilib.