Kompüterimin displeyi yığılıb

Salam. Windows 7 əməliyyat sistemini və Avira antivirusunu işlədirəm. Problemim ekranla bağlıdır. Kompüterə proqram yazmaq üçün diski CD-ROM-a qoyudum və virus olduğu aşkarlanmasına baxmayaraq mən diski açdım. Qeyd edim ki,deyəsən həddən çox virus aşkar edildi və delete əmrini verdim Avira-da. Ondan sonra Ekranın həm sağ həm də sol tərəfindən qara zolaq əmələ gəldi, ekranı yığıb,kursor o qara hissəyə keçmir. Xahiş edirəm kömək edin bu problemi də əvvəlki problemlər kimi həllini tapsın Sizin sayənizdə.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Anar1984 (2012-01-01 22:19:14)
Çox sağ olun,həll etdim.Screen Resolutions-dan ekranın ölçüsünü artırmaqla problem həllini tapdı.Yenə də çox sağ olun

Emin (2012-01-01 04:23:56)
Alınmasa bu məktuba cavab yazın,emailimə xəbərdarlıq gəlsin

Emin (2012-01-01 04:22:41)
Hmmm... məzəli virusdur. Restartı, task menecerdən naməlum prosesləri bağlamağı, antivirus bazasını təmizləyin scan etməyi yoxlamısan? Bir də kasperin trial versiyasını yükləyib bir dəfə update və scan et, gör hansı nəticəni verir.