Mobil telefonda virus

Salam. Bilmək istərdim mobil telefona virus düşə bilər?Əgər düşə bilərsə virusu telefondan silmək və ya əvvəlcədən hansı qabaqlayıcı tədbirlər görmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Erkinaz (2016-09-29 01:24:49)
Whatsapp silinmir nədə açılmır.yuklənir yene açılmır.yazılır sistem proqramıdır

Melikovlar (2014-07-02 15:07:42)
mendede eledi

WaRRioR (2012-01-05 00:07:58)
Symbian OS 9.1 sistemi üçün ümumiyyətlə virus yoxdu demək olar. Symbian OS 9.2-9.4 sistemlərində çox da olmasa telefona ziyan vura bilən viruslar var. Series40 sistemi qapalı olduğuna görə bu sistem üçün virus demək olar ki, yoxdu. Sadəcə olaraq telefona elə də böyük olmayan, yəni kiçik ziyanlar vura biləcək viruslar var. iOS sisteminin əsasini MAC təşkil etdiyinə görə bu sistem üçün virus yoxdu. Android üçün isə viruslar yavaş-yavaş yaranmağa başlayıb. MeeGo və Maemo sistemləri də MAC sistemi kimi virusdan qorxmurlar. Çünki sistem qapalıdır və çətin ki, virus bu sistemlərə zərər vursun. Windows Mobile sistemi üçün də viruslar kifayət qədərdi. Telefonu virusdan qorumaq üçün müxtəlif antiviruslardan istifadə edə bilərsiniz.

Elvin Hacı (2012-01-04 00:37:34)
Salam. Telefon əgər smartfon tiplidirsə bəli düşə bilər. Hansı əməliyyat sistemi olmasından asılı olaraq onun özünə uyğun antivirus proqramlar olur. Məsələn Android və İOS-larda buna elə də ehtiyac yoxdur, düzdür orda da zərərli proqramların mövcud olması haqda faktlar var, amma şəxsən mən hələ indiyədək eşitməmişəm ki, hansısa İOS və ya Android işlədən tanışın telefonu zərərli proqramdan əziyyət çəksin. Amma Windows mobile və ya Symbian telefonlarda belə hallda çox olur, antivirus lazımdır. Proqram saytlarına girib(məsələn mobiland.az) axtarış verib uyğun proqramı yükləmək lazım

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Müqayisə edək iki smartfonu

DOODGE telefonunun qeydiyyati

Gizli faylların görünməsi

Virus silmə metodu

10% enerji ilə telefonu istifadə etmək üçün proqram

autorun.inf