Paypalla iphone almaq mümkün deyil.

Hər kəsə salam!Mən səhərdən ebayda bir dənə olsun ki, iphone görmədim ki, Bakıya gəlsin.Eləcə də həmçinin amazondada və başqa şopping saytlarında heç bir iphone Bakıya gəlmir.Həm də bu Ebay ümumiyyətlə telefonların qiymətini çox baha qoyur.Applenin öz saytındakı adi 399$-a iphone ebayda 800-900$-dır.Xahiş edirəm mənə kömək edin.Yada əgər internetdən iphone almaq mümkün olmursa mənə başqa hansı telefonu məsləhət görürsünüz? Deməli belə olsun.İnternetdəki telefonlara baxanda 500$-a kimi olsun. 1.Mən əsasən əmaliyyat sisteminin çox güclü olmasını istəyirəm 2.Telefonun yaddaşıda kifayət qədər yaxşı olsun 3.Proqram və oyun təminatı çox güclü olsun

Verilmiş cavablar və yazılan şərhlər (18 cavab var)

Ceyhun (2014-08-29 01:54:42)
uzr isteyirem qardas bir de bilmek isterdim fast free shiping nece gune catir?

Ceyhun (2014-08-26 23:33:19)
salam saticidan sorusdum deyir hec bir operator terefonden lock edilmeyib amma edilse bele 25 dollara google da unlock edirler dogrudu bu?

E. Hacı (2014-08-25 09:16:06)
Satıcıdan soruşun, locked isə geri qaytarın

Ceyhun (2014-08-25 01:57:46)
salam size bir sualim var xahis edirem cavablandirasiz.men bu gun ebaydan iphone 4s sifaris eledim ve qiymeti de odedim.islenmis telefon qiymet 125 dollar rusum 35 dollar.amma locked ve ya iunlocked oldugunu bilmedim indi baxiram o haqda yazilmayib hec ne.eger o locked olsa burda acdirmaq mumkundurmu onu?

E. Hacı (2013-10-29 17:32:26)
Sizin iradınız konkret hansı cavabadır məsələn?

Emin Bayrambəyli (2013-10-29 16:54:39)
Adminlər və bütün cavab yazan başqaları,lütfən dəqiq bilmədiyiniz şeyləri qəti şəkildə yazıb göstərməyin ki ,sayta olan inam itməsin

Emin Bayrambəyli (2013-10-29 16:49:45)
Saytlarda telefonların unlocked və ya locked olması haqda satıcılar yazırlar.Əgər, fərqi yoxdur hansı operatorundur ,unlocked telefondursa bizim ölkəmizdə də işlətmək mümkündür

Emin Bayrambəyli (2013-10-29 16:46:08)
AT&T telefonları yalnız amerikada həmin operatorun nömrələriylə işləyir.Başqa ölkələrdə isə fərqi yoxdur,işlətmək mümkündür ,əgər unlocked-dirsə

isiqaqa (2012-01-06 23:11:50)
Onda bu AT&T-nı jailbreak etsək də işləməyəcək hə?

Elvin Hacı (2012-01-06 23:07:32)
Sualı sayta sual kimi yerləşdirin lütfən. Cavab hissədə yox. Bu sualınızın cavabı: AT&T burda işləməyəcək, çünki unlocked deyil, ancaq ABŞ-dakı AT&T operatorunun nömrələrilə işləyir

isiqaqa (2012-01-06 22:31:17)
Birdə bir sual da vermək istəyirəm.Bu ebayda iphone-lər 2 cürdür.Bunların nə fərqi var?Birdə bunlardan hansısa biri Bakıda işləməyəcək? Apple iPhone 4S (Latest Model) - 16GB - Black (Unlocked) Smartphone Buy new: $809.95 71 new from: $792.99 1 used from: $1,000.00 Next auction ends: $790.00 | 5m Apple iPhone 4S (Latest Model) - 16GB - White (AT&T) Smartphone 204 new from: $525.00 4 refurbished 56 used from: $350.00 Next auction ends: $504.00 | 7m

isiqaqa (2012-01-06 22:14:06)
Məlumata görə çox sağ olun

Elvin Hacı (2012-01-06 21:07:33)
Yazdıqlarınızın əksəri ya eyni modelin operator versiyalarıdır, bəziləri isə geydirmə modellərdir. Galaxy S II dedikdə birmənalı olaraq I9100 başa düşülür bəli.

isiqaqa (2012-01-06 20:49:26)
İnternetdə Galaxy S II-lər çoxdu.13 telefon var.Siz hansını deyirsiniz? Samsung I9100 Galaxy S II Samsung I929 Galaxy S II Duos Samsung I9100G Galaxy S II Samsung Galaxy S II HD LTE Samsung Galaxy S II Skyrocket i727 Samsung Galaxy S III Samsung Galaxy S II LTE Samsung Galaxy S II 4G Samsung i927 Captivate Glide Samsung Galaxy S II T-Mobile Samsung Galaxy S II Epic 4G Touch Samsung Galaxy S II AT&T Samsung Galaxy S II LTE i727R

isiqaqa (2012-01-06 20:10:32)
Məlumatlara görə çox sağ olun.Mən onda ebaydan iphone alası olsam gərək od qiymətinə alım.Onda satıcı ilə əlaqə saxlayıb gərək Azərbaycana gəlməsini təmin eliyim.

Elvin Hacı (2012-01-06 13:23:44)
Iphone-dan daha üstün parametrə malik Android telefonlar var, Androidlərin əksəri İphone4-dən hər mənada üstündür. İphone4S isə lap yeni olduğundan ondan az sayda Android smartfonlar üstündür. Amma hər halda var onlar. İphone4S-dən ümumən xeyli güclü, üstün və ən əsası xeyli ucuz smartfonlar: Samsung Google Galaxy Nexus , Samsung Galaxy S II, HTC Sensation XE. Bunları usa2baku tipli xidmətlərlə də gətirə bilərsiz, xaricdən hər hansı tanışa da deyə bilərsiz gələndə alıb gətirsin və ya birbaşa ebaydan ala bilərsiniz. Ən ucuz birbaşa özünüz almaqdır(məsələn bir dost yolpulu ilə birgə 450 azn-ə aldı Galaxy S II, Bakı qiyməti 600 azn-dir.), amma birbaşa özünüz alanda o riski də nəzərə alın ki gömrükdə saxlanıla və sizdən 30%-dən çox rüsum alına bilər. Düzdür bu telefonları gətirən tanışlardan indiyədək gömrükdə saxlanılan olmayıb, amma hər halda bu ehtimal hər zaman var.

Cabbarov Sübhan (2012-01-06 12:37:02)
Apple-nin rəsmi saytında yerləşdirdiyi telefonun qiymətləri sadəcə müqavilə ilə və ancaq hər hansı bir opertor üçündü. Yəni sən onu ordan alsan belə burda işlədə bilməyəcəksən. Azərbaycanda işləyən iPhone-lar Unlock edilmişdi. Sənin dediyin ebay-da olan qiymətlər isə telefonun real qiymətləridi. Ümumiyətlə iPhone 4, 4S modelleri ebay 800$-dan aşağı təklif edirlərsə bu yalandı. Telfonun Azərbaycana göndərilməməsinin ən əsas səbəbi odur ki ,mal azərbaycan çatmır (yox çıxır). Ancaq 70% telefon gəlib çıxa bilər. Bir də əgər satıcı telefonu azərbaycan üçün yerləşdirmiyibsə sən satıcının özü ilə əlaqə saxlayıb əlavə pul ödəməklə telefonu Azərbaycana göndərə bilərsən.

toxic_substance (2012-01-06 11:22:04)
salam dostlar mene komek edin

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

ebaydan verdiyim sifariş hələ də mənə çatdırılmayıb

paypal get verified

Apple Pay Azerbaijan

Ebay,alibaba,dealextreme,aliexpressdə mal göndərəndə itbat olma ehtimalı var?

Paypal kart əlavə etmə

paypal Almaniya