Ağır saytlarda kompüter donur.

Salam. Mənim kompüterimin ƏS-i Windows XP-dir. İstənilən brauzerlə ağır saytlara girdikdə kompüter donur. Amma kompüter sistemdə yaxşı işləyir. Kompüterdə virus belə yoxudr.Kompüterin RAM-ı 1 Gücü isə 1.8, videokart isə 512-dir. Sizcə bu nədən ola bilər? Mən nə etməliyəm?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Pan Da (2012-01-07 22:40:03)
1. Bilgisayarınızda virusun olmadığına hardan əminsiz? 2. Ağır sayt dedikdə konkret necə saytlar nəzərdə tutursuz? 3. Sizin bilgisayarın paramaterlərindən 1.5-2 dəfə zəif olan bilgisayarla saytlara normal daxil olub baxmaq olur. Əməliyyat sisteminə nəzər salmaq lazımdır. Donamanın səbəblərini aydınlaşdırmaq lazımdır. Vindovz 7 yazmağı tövsiyyə etmirəm, çünki vindovz 7 daha çox sistem resursu tələb edir. Mənim tövsiyyəm: Bilgisayarınızdakı bütün informasiyanı bir HDD-ə köçürün. Bilgisayarı format edin. Format zamanı, C və D disklərini NTFS format atın, (yaxşı olardı ki, quick olmasın). Formatdan sonra bilgisayara ilk yazacağınız proqram antivirus olsun. Mən AVG antivirusunu məsləhət görürəm(pulsuzdur). Əgər lisenziyanız varsa, Kasperski də gedər(amma sistemi ağırlaşdıracaq). Sonra Update edin, Sonra drayverləri yazın, daha sonra digər proqramlarınızı. Ən sonda isə, fayllarınızı geri köçürdün, amma köçürtməmişdən qabaq antivirusla yoxlamağı unutmayın. Dediklərimi olduğu kimi eləsəz, problem aradan qalxmalıdır. Brauzer isə Chrome məsləhət görürəm çünki digər brauzerlərlə nisbətdə, RAM və CPU-u daha az istifadə edir.

Elvin Hacı (2012-01-07 21:58:38)
Windows 7 yazsanız vəziyyət daha da pisləşər. Ümumiyyətlə işləmək çətinləşər. Sizin sistemdə əgər doğurdan da virus yoxdursa, o halda qənaətlə proqram istifadəsi ilə normal işləmək olar. Məsələn Chrome əvəzinə Opera işlədin, paralel olaraq ağır proqramlar açmayın, birini açdıqda digərini bağlayın və.s. Ümumiyyətlə birdəfəlik çıxış yolu isə kompüteri dəyişmək olardı

vusal39 (2012-01-07 21:49:33)
Windows 7 yazsam duzeler???

Cabbarov Sübhan (2012-01-07 21:21:34)
1. Windows XP zəif əməliyat sistemidi. 2. 1GB RAM elə windows xp üçün standart ram göstericisidi. 3. 1.8ghz sürrət indiki telefonların sürəti deməkdi. Bir sözlə parametirləri aşağıdı.