komp açıq olduqda notebook`la net`ə girə bilmirəm

salam, məndə adətən axşam saatlarında evdə komp`u açdıqda wi-fi`la notebook`da net`ə girə bilmirəm.fərqi yoxdu orda oyun oynayırlar ya net`ə girilər. Məcbur modem`i komp`la birləşdirən şunuru çıxardıram və hər şey qaydasına düşür. Bir də wi-fi`ın kodun neə dəyişə bilərəm ? madem - tp link, adsl - adanet

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Pan Da (2012-01-09 00:00:30)
Deyisdirmisizse, modemi resetlesez shifreler yene admin admin olacaq. Amma bu defe ADSL qoshulma sazlamalari da yaddasdan silinecek. Yeniden Quick Connect edib, login ve shifrenizi(telefon nomresi) VPi VCI gostericilerini duzgun daxil etmelisiz ki, internete qoshula bilesiz... QEYD: Eger bashiniz cixmirsa bu ishden, modemi resetlemeyin, cunki duzelde bilmesez, internetsiz qalacaqsiz.

Murad Hemidzade (2012-01-08 23:47:39)
öncəliklə çoox sağolun ama admin yazdıqda açılmır.hər 2sində də və deyəsən dəyişdirmişəmsə də yadımdan çıxıb nədi parol =(

Cabbarov Sübhan (2012-01-08 23:15:18)
wifi kodunuz dəyişin və modemdə wifi yoxla sistemini aktiv edərək sadəcə iczaə verdiyiniz cihazların wifi ünvanını daxil edin. Hər hansı brauzeri açıb bu adresə daxil olun 192.168.1.1 . Sizdən Ad və parol tələb ediləcək. Hər iki sahəyə " admin " yazıb daxil olun. Qarşınıza TP-LİNK menusu gələcək. Ordan "Interface Setup->Wireless" daxil olun. Orda "SSID" deyilən yerə 8 simvoldan az olmayan yeni kodunuzu yazın. İstədiyini wifi cihazına icazə vermək üçün isə həmin yerdə "Mac Address" yazılan yerin üzərində "Active" sahəsini işarələyin daha sonra birinci "Mac Address" yazılan yerə öz cihazınızın wifi adresini yazın. Bütün bunları etdikdən sonra ən sonda "Save" düyməsinə vurun. WiFi adresinizi öyrənmək üçün "cmd" proqramını açın orda bu sözləri "ipconfig /all" yazıb enter düyməsinə basin. Orda ən birinci "Wireless LAN Adapter...." yazılan sahənin altında "Physical Address" yazılan sahənin qarşısında yazılan sənin wifi adresindi.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

TP-LİNK TD-W8901G modemi üçün wireless kömək

Notebooka Windows 7 yazılmır

Google Android planşetində Wi-Fi problemi

notebookun daxilində olan toz

Wİ-Fİ qoşulmaq olmur.

Amerika’dan Notebook göndərilməsi və şərtləri