Blogun pulsuz reklamı.

Xahiş edirəm, bilənlər və yazdığı yolu sınayaraq nəticə edənlər yazsınlar: 1.Blogu pulsuz olaraq internetdə necə reklam edib və xeyli ziyarətçi toplamaq olar? 2. Hansı kataloqlar,forumlar,saytlar,bloglar və s. internet bazaları vasitəsilə pulsuz ziyarətçi cəlbi mümkündür?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Kərim (2015-02-14 11:24:02)
bloqunutanit.blogspot.com

Kərim (2015-02-14 11:21:18)
Yenicə açdığım bloqu vasitəsiylə bloqunuzu pulsuz olaraq reklam edə bilərsiniz.Bbloqların kateqoriyalar üzrə yerləşdirilməsi oxucuların sizi daha rahat tapmasına yardımçı olacaq.Eyni zamanda haqqınızda məlumat da yerləşdirə bilərsiniz

thebayramli (2012-01-09 23:50:59)
Cox sağ olun Elvin bəy, cavabınız xoşuma gəldi. Azərbaycanda bloglar şəbəkəsi olan o 2 layihədən xəbərim var, siz demişkən elə də ürəkaçan deyil. O ki, qaldı xarici resurslara, onlarda isə Azərbaycanlılar elə də aktiv deyil. Yalnız Azərbaycan dilində olan bloglar üçün (milli blogçuluğun yalnız milli dildə inkişafını dəstəklədiyimdən) milli layihələrə ehtiyac var. Dediyiniz gənc developerin yeni layihəsini 4 gözlə gözləyirəm. Həqiqətən də Azərbaycan və Azərbaycanlılar olaraq Qərbdən xeyli geri qalırıq həmişəki kimi...

Elvin Hacı (2012-01-09 09:47:55)
Bir gənc developer bu mövzuda maraqlı bir layihə işləyir, hazır olsun, inanıram ki siz deyən boşluğu doldurmaqda kömək edəcək. Azərbaycanda həqiqətən də mərkəzləşmiş bloq kataloq-şəbəkəyə ehtiyac var(2 dənəsi var, amma qaneedici deyil), bu bloq sistemi də ola bilər(livejournal, tumblr kimi), bloq şəbəkəsi də(Yandex Blogs kimi). Şəxsən mənə Yandex Blogs ideyası daha maraqlı görünür, çünki bizdə kiminsə bundan sonra Wordpress.com, Livejournal, Tumblr, Blogger.com keyfiyyətində sistem düzəldəcəyi inandırıcı deyil. Amma şəbəkə yoxdur və ehtiyac var.

thebayramli (2012-01-09 05:02:04)
Elvin bey cavabiniz qismen de olsa qaneedicidir. ish orasindadir ki, sadalananlardan qismen de olsa xe erim var. Amma aznetde resurs catismamazligi vardir. Kataloq.net-den,paylasim duymelerinden,bezi bloglarda sherh yazmaqdan istifade edirem. Amma inanin ki, bloglari tapmaq bele cetin meseledir. Bu movzu barede diskussiyani uzatmaq fikrim var, mence aktual movzudur. Diger alternativ yollari bilmek de ela olardi

Elvin Hacı (2012-01-09 02:32:47)
1. Unikal və maraqlı kontent əlavə etmək. Əsas budur! Təkcə bu belə axtarış saytlarındam çoxlu və daimi ziyarətçi deməkdir. Sosial paylaşım düymələri də vacibdir. Başqa bloqlarda çoxsaylı şərhlər yazmanız lazımdır, ki backlink olaraq çoxsaylı bloqlarda saytınıza keçid yaransın. 2. Azblog.org bloq şəbəkəsi var. Kataloqıarda qeydiyyat da yaxşı oıat. Kataloq.net yadımda qalan. Başqa bir neçə kataloq saytları da var.

thebayramli (2012-01-09 01:15:28)
Plugini yazmışam, dediyinizi də edirəm :). Amma bunun üçün gərək günümü sosialkalarda keçirim, çoxlu dost toplayım. Sualı verməkdə məqsədim o idi ki, Rusiya saytlarında blogların pulsuz olaraq reklamı üçün bir çox saytlar ve metodlar var. Bunların Aznetdə oxşarların bilmirəm.

Emin (2012-01-09 01:12:35)
Bunun üçün click partnerlər var ki, siz 5 linkə basırsız, əvəzində 1 ziyarətci əldə edirsiz.Ən yaxşı üsul bloqunuza addthis pluginini yazın. Daha sonra post yazanda mümkün qədər çox sosial şəbəkəyə share edib, bununla da istifadəçi qazanın.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPressi bilmək üçün proqramlaşdırma dillərini bilmək vacibdir?

Blog və Aznet

Blogu necə məşhurlaşdırmaq olar?

Bir Adsense Hesabına Nə Qədər Blog Əlavə Etmək Olar?

Blogspot haqqında

Blogum google-də görünmür