en – az translate

Mənə ingilis dilindən azərbaycan dilinə cümlələri tərcümə edən program lazımdı ama bu google tranlate kimi zad olmamalıdır, hərfi tərcümə də olmasa yaxşı olar. Düzü bilirəm ki, çətindi ama bilən var ?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

thebayramli (2012-01-11 18:39:43)
Men metn tercumesinde oz tecrubemden size deyim. Ingilis dilinde soz bazam azdir,amma orta seviyyede bilirem. bir proyekti hem ingilis,hem rus diline tercume etmek lazim idi. cumle-cumle her cumleni GOOGLE Transatora kocurdum, xosuma gelmeyen sozlerin yerini ve cumleni korreksiya edib ela neticeye sahib oldum. Bu zaman ise Polyglot kimi lugetlerden de ayri-ayri sozlerin tercumesinde istifade de etdim. tam masin tercumesi duzgun alinmir.Ya da bu tipli problemler ucun 1 ideya da var, freelancerler ucun saytin olsaydi,orda sifaris verib,ucuz qiyemete ve qabaqa dusmek olardi.

ahmed (2012-01-11 08:27:40)
Mən şəxsən qətiyyən belə düşünmürəm. Düzdür indiki alqoritmlərlə robotların insan kimi və ya insana yaxın hətta insandan da yaxşı tərcüməsi çox çətin məsələdir. Bunun üçün indiki xətti proqramlaşdırma alqoritmləri biraz köhnəlib, yeni süni intellekt alqoritmlərinə keçilməlidir. Ancaq süni intellektdən elə də səs - soraq yoxdur. Mənim şəxsi fikrimə görə, indi gizli şəkildə bütün iri şirkətlər, o cümlədən Google süni intellekt üzərində ciddi səylə çalışırlar və artıq çoxdan uğurlu nəticələr alıblar. Sadəcə bu barədə hələlik bütün şirkətlər susur.

Murad Hemidzade (2012-01-10 22:05:34)
belə də düşünürdüm, çox sağolun

WaRRioR (2012-01-10 18:23:35)
Ümumiyyətlə hətta GOOGLE şirkəti də bildirir ki, robot nə qədər yaxşı tərcümə etsə də bir insan qədər mükəmməl və incəliklə heç vaxt tərcümə edə bilməz.

Elvin Hacı (2012-01-10 18:20:43)
Salam. Google Translate və Dilmanc.az mövcuddur. Onlar da sizi yəqin ki qane etmir, çünki xətalı tərcümələrdir. Onlardan savayı və ya onlardan daha yaxşı tərcümə edən hər hansı proqram mövcud deyil. Buna əmin ola bilərsiniz. Uzaq dillərin bir birinə keyfiyyətli tərcüməsi hələ ki, həll olunmayan problemlərdən biri olaraq qalır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

“Kell us” ifadəsinin tərcüməsi

Kitab tərcüməsi

Google Translate heyəti

Türk Saytından Yazını İngilis Diline Tercümə Etsəm Adsense Qebul Edərmi

loco translate

.PDF Formatlı kitab