Telefonların android versiyaları

Hər kəsə salam! Mən internetdə bəzi samsung telefonlarında gördüm ki, onlar android versiyalarına görə bir-birlərindən fərqlənirlər. Məsələn Samsung Galaxy Nexus (Android OS v4.0), Samsung Galaxy Note (Android OS, v2.3.5 Gingerbread). Bunlara aid bir neçə sullarım var. 1)Ümumiyyətlə bu versiyalar arasında nə fərq var? 2)Bəs yaxşı bu köhnə android versiyalı telefonları yeniləmək mümkündür? Yəni OS v4.0 yazmaq mümkündür?Çünki deyəsən bu saytda Samsung Galaxy Note-nin yenilənməsi haqqında nəsə yazılıb (http://software2tech.com/tag/samsung-galaxy-note-android-4-0-update/) 3)Bəs yaxşı, sizin fikrinizcə bu telefonlardan hansı daha üstün olar? 1.Samsung Galaxy S II 2.Samsung Galaxy Note 3.Samsung Galaxy Nexus 4.Samsung Galaxy Nexus i515 5.HTC Sensation XE

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

Emin Mastizadeh (2012-01-12 01:19:12)
Ümumiyyətlə S2 ən rahat cihazdır.Şəxsən mənə həm dərsdə həm də proqramlaşdırmada S2 çox kömək edir.Root etdikdən sonra rahat işləyir. Hal-hazırda bu sayta elə S2 ilə daxil olmuşam)))

WaRRioR (2012-01-10 23:12:40)
isiqaqa, cavabı diqqətlə oxu. Mən yazmadım ki, S II modeli Note-dən güclüdür. Mən yazmışam ki, S II ən güclü smartfondur.

isiqaqa (2012-01-10 21:24:44)
Uyda. 4 nüvəli 2 aydan sonra çıxacaq?

Javidan Quliyev (2012-01-10 21:14:29)
4 nüvəli processor

isiqaqa (2012-01-10 21:08:59)
QUADCORE nədir?

Javidan Quliyev (2012-01-10 21:04:47)
2 ay gözlüyün QUADCORE-lər çıxsın,ondan sonra indiki telefonların qiyməti kəskin düşəcək :)

isiqaqa (2012-01-10 21:00:13)
Məlumatlara görə çox sağ olun.Təki Galaxy Note-um olsun.Cibdə aparmağa yer tapılar :D

Javidan Quliyev (2012-01-10 20:56:11)
dediyim kimi Galaxy Note smartfon üçün çox böyükdür.O daha çox planşetə oxşayır.Əgər "cibinizdə" telefon kimi Galaxy Note apara biləcəksizsə onda buyurun :)

isiqaqa (2012-01-10 20:49:00)
Həm də çox şeyə görə Galaxy Note Galaxy S II-dən fərqlənir 1)Note-də 4G var amma S II-də yoxdur. 2)Bayaq yazdığım kimi Note-nin prosessoru daha güclüdür 3)Note-nin ekranı SII-dən böyükdür Galaxy Note - 800x1280 Galaxy S II - 480x800 4)Note, S II-dən çox sonra çıxıb 5)Note-nin başqa xırda üstünlükləri də var. Məsələn: Note - 5.3 inches S II - 4.3 inches

isiqaqa (2012-01-10 20:39:20)
Axı Galaxy Note-nin proseessoru Galaxy S II-dən güclüdür axı. Galaxy Note - Dual-Core 1.4 GHz ARM Cortex-A9 Galaxy S II - Dual-Core 1.2 GHz ARM Cortex-A9

WaRRioR (2012-01-10 20:33:52)
Cavidan ilə tamamilə razıyam. Galaxy S2 2 nüvəli prosessor ilə təchiz olunub. Çox güclüdür. Yenilənmə ilə narahatlıq yaşama. Bu baxımdan Android açıq sistemdi. Yəni 2.2 olan sistemi yeniləyib 4.0 edə bilərsən. Təbii ki, əgər lazım olan versiya yaması hazırlanıbsa.

Javidan Quliyev (2012-01-10 20:02:02)
Necə ki, ƏS yeniləşdikcə onlara yeni funksiyalar,daha yaxşı dizayn bir sözlə istifadəçiyə daha geniş imkanlar verir burda da həmçinin. Froyo ilə GingerBread arasında çox fərq var həm dizaynda həm funksionallığı baxımından. Hər modelin özünə uygun firmware-si var. Amma hələki qarşıma köhnə modeller üçün yeni firmware-lər çıxmıyıb ( <1.6 versiyalar üçün) . Samsung Galaxy Note planşetlə smartfonun birləşməsi olduğu üçün o digərlərindən daha üstündür məncə. Amma HTC Sensation XE isə daha media telefonudu (iBeats Sounds texnologiyasını dəstəkləyir). Bunların 5-indən birini seçməli olsam Samsung Galaxy S 2-ni seçərəm. Smartfon kimi çox güclü smartfondur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

google backup problem

Senkronizasyon nədir

Galaxy S3 də print screen

Android haqqında

Android status bar  haqqında 

Samsung Galaxy A5 – 2016 nece telefondu?