Facebook da sildiyim mesajlar niyə yenidən çıxır?

Salam dostlar mən Facebook da meajları silirəm amma 3-4 dostumun mesajları yenidən geri gəlir. Bu nədən ola bilər?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Alehandro Morfeo (2012-01-15 12:45:22)
Necə yazım? )

Perviz Namaz (2012-01-15 11:00:50)
Alehandro. bu barade facebooka yazin :)

Alehandro Morfeo (2012-01-12 20:57:06)
Perviz Vallah neçe vaxtdi edirəm silirəm heçnə dəyişmir :)

Perviz Namaz (2012-01-12 16:14:58)
Alehandro Arada Ola biler. Siz biraz fasile verin ve yeniden cehd edin. umidvaram alinacaq.

Alehandro Morfeo (2012-01-12 12:39:50)
Hə əminəm bundan mən arxivə heç mesaj atmıram arxiv papkası boşdu. Hər dəfə delete edirəm birzə gözlüyür və bütün hamısı silinir amma bir salam yazan kimi bütün köhnə mesajlar geri gəlir hamısı.Birdə qəribəsi odurki hamıda olmur sadəcə 3-4 nəfərdə olur belə.

Orkhan I. Ahmadov (2012-01-12 03:18:50)
Birinci dəfədir bu cür bir problem eşidirəm. Çünki özümdə də olub sildiyim vaxtlar, məndə oxşar problem baş verməyib. O vaxt yenidən mesajlar qayıda bilər ki siz mesajları arxivləşdirəsiniz. Bu halda həmin adam sizə mesaj yazan kimi yenidən köhnə, arxivləşdirdiyiniz mesajlar aktivləşir. Delete ya Archive seçimi etdiyinizə əminsiniz?

Alehandro Morfeo (2012-01-12 01:18:06)
Bəli silirəm mesajları yenə həmən dostum mənə mesaj yazan kimi və ya çatda nəsə yazan kimi bütün köhnə mesajlar hamısı yenidən geri gəlir.

Orkhan I. Ahmadov (2012-01-12 00:41:32)
Sildiyiniz mesajlar eyniylə eyniylə geri gəlir? Əgər silməni düzgün və yerində edirsinizsə silinmiş mesajların geri qayıtması mümkün deyil. Və qeyd edim ki FB-da mesaj silmə 2 cür - Bütün söhbəti silmə və ancaq bir gələn və ya göndərilən mesajı silmə ilə mümkündü.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Facebooka mahnı yüklənməsi

Comment&Like’lərimi dost siyahımdakıların görməməsi üçün nə etməli?

facebook business page

Silinmiş Facebook mesajlarımı gördüm.

Bütün səhifələrin Event-lərindən xəbərim olsun

Facebook rəy qutusu əlavə etmək