Galaxy S2-i nokia bluetooth qulaqlığında mahnı oxutmur.

Salam. Bu gün gedib Galaxy S2 modeli üçün nokia bluetooth qulaqlığı almışam. Ancaq telefon qulaqcıqla mahnı oxutmur. Sadəcə zəng edəndə danışmaq olur. Məndə Telefonda bu Nokia BH-214 model qulaqcığs qoşulanda telefonun blutuz yerində belə yazır "Connected to phone and media audio". Ancaq yeni aldığım Nokia BH-105 modelində sadəcə "Connected to phone audio" yazır. Başa düşürem ne demək istəyir telefon. Ancaq mahni da oxutmaq üçün nəsə etmək olar? Qulaqcıq nokia telefonlarında tam işləyir.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Cabbarov Sübhan (2012-01-12 15:56:20)
Çox sağ ol. Hər şey aydın oldu.

Orkhan I. Ahmadov (2012-01-12 15:14:07)
Bu onda irəli gələ bilər ki həmin Nokia telefonu media streaming üçün digər köhnə BT profilindən istifadə edir A2DP yox. Bu isə o deməkdir ki Nokia telefonun o istifadə etdiyi köhnə profil səs keyfiyyəti, kanalın ötürücülüyü, ötürücülük məsafəsi daha aşağı olacaq. Müasir bütün BT qulaqlıqlar v telefonlar BT ən müasir profillərini, həmçinin A2DP profilini dəstəkləyir və media streaming-i məhz bu profil vasitəsiylə həyata keçirir.

Cabbarov Sübhan (2012-01-12 14:29:31)
Yəni mahnıya qulaq asmaq olur nokia-da həmin qarnitur ilə.

Orkhan I. Ahmadov (2012-01-12 03:16:50)
Nə mənada oxumağını?

Cabbarov Sübhan (2012-01-12 02:02:38)
Cavabınıza görə çox sağ olun. Qarniturun göstericilərinə baxdım. Siz dediyiniz səbəbdəndi. Bəs nokia telefonlarında oxutmağınızı bilirsinizə izahh edə bilərsiz?

orkhanahmadov (2012-01-11 17:55:12)
Salam. Əslində telefonunuz sizə o mətnlərlə verdiyi cavabda sizə problemin nədə olduğu bildirilir. Bluetooth qulaqlıqları müxtəlif növ ola bilir, onların müxtəlifliyi qulaqlığın sahib olduğu Bluetooth profillərindən asılıdır. Bu profillər haqda burada tam ətraflı məlumat ala bilərsiniz: http://en.wikipedia.org/wiki/Bluetooth_profile Yeni aldığınız BT qulaqlıqda "media streaming" dəstəkləməməsi onda böyük ehtimalla A2DP profilinin olmamasından xəbər verir. “Connected to phone audio” yazılırsa demək ki bu qulaqlıqdan siz ancaq telefon danışıqları üçün istifadə edə bilərsiniz. “Connected to phone and media audio” yazılırsa demək ki siz bu qulaqlıqdan həm telefon danışıqları üçün, həm də musiqi və audio materialları dinləmək üçün istifadə edə bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Samsung galaxy s2 backup

Galaxy S2 üçün təhlükəsiz yükləmələr

NOTEBOOKDA BLUETOOTHLA FAYL GÖNDƏRMƏK OLMUR

Acer Aspire Bluetooth

məsləhətli selfie çubuğu hansıdır?

Galaxy S2 üçün lazımlı applar