Azərbaycanın ən məşhur hackeri kimdir?

Azərbaycanın ən məşhur hackeri kimdir və onun haqqında necə ətraflı məlumat toplamaq olar?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Emin Mastizadeh (2012-01-13 00:58:03)
Ümumiyyətlə bu saytdakı bir çox adamlar hackerdirlər və bizim hər birimiz crackerlərə kəskin nifrət edirik. Hacker qurur,yaradır,cracker dağıdır.

Ferid Mövsümov (2012-01-13 00:27:46)
Orkhan I. Ahmadov teşekkür edirem

Ferid Mövsümov (2012-01-13 00:26:35)
BəyənilsinCabbarov Sübhan cavab üçün teşekkür.

Orkhan I. Ahmadov (2012-01-12 03:10:28)
Hacker deyəndə baxır sırf olaraq nəyi nəzərdə tutursan. Hacker müxtəlif istiqamətli ola bilər. Bir də onu deyim ki internetdə nəyə ziyan verən, saytı dağıdan, icazəsiz yerlərə girən adam hacker sayılmır o insan cracker sayılır və gördüyü iş olaraq birini güllələyib öldürən cinayətkardan fərqsizdir. O insan internet cinayətkarıdı. Hacker əslində o insan deyilər ki o bütün digər oxşar işləri görən insanlarda daha dərin düşünə bilir, onlardan daha məntiqli addımlar atır, hər şeydə nəsə bir yenilik edir, öz "icadlarını" ortaya çıxardır. Bu istiqamətdə bir çox hacker göstərmək olar ki texnologiya və internet dünyasına çox böyük yeniliklər gətiriblər. Mənim şəxsi fikrimi bilmək istəsəniz, ən dahi saydığım hacker Linus Tolvards - Linux əməliyyat sisteminin yaradııcısıdır.

Cabbarov Sübhan (2012-01-12 02:24:18)
Bunu heç vaxt kim olduğunu bilməzsiniz. Çünki heç bir hacker məhşurluq yaratmır. Yəni nəyisə hack edib sonra ora-bura yaymırki mən belə bir şey etmişəm. Həm də ola bilsin kiminsə ən məhşur hesab etdiyi hackerdən də bacarıqlı, istedadlı biri var. Dünan gedib 2-3 saytı yüngül zərar verən deyir ki məndən yoxdu. Evinə komputer alan hər bir yeniyetmə bir müddətdən sonra internetde hackerlər haqqında nəsə öyrənir və hacker olmağa qərar verir. Şəxsən mən özümdə 1-2 il bununla maraqlanmışam. Ancaq hacker olmaq sözün əsil mənasında çətin işdi. Hacker olmaq alim olmaq kimi bir şeydi. Bir sözlə axtarıb tapsazda, tapdığınız məlumatlar səhv olacaq. Səbrin çatsa bunu axıra qədər oxu. http://www.muratyildirimoglu.com/makaleler/kevinmitnick.htm