PayPalda səhv

Salam.Mən öz kartımı paypalda təsdiq etmək istəyəndə belə səhv çıxdı: We were unable to verify this credit card. Please check if the information you entered is correct. If the problem persists, please try to enter a different credit card. Nə etməliyəm?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Darky Pislick (2012-01-12 16:00:39)
ok,çox sağolun

Orkhan I. Ahmadov (2012-01-12 15:58:53)
Ola bilsin bu sizin kartınızın aid olduğu bankla bağlı problemdir. Yaxşı olar ki Bankınızla elaqə saxlayasınız.

Darky Pislick (2012-01-12 15:52:32)
Visa Classic,və 3 dollar pul var.

Orkhan I. Ahmadov (2012-01-12 15:47:21)
Kartınız aktivdir? Və kartınız hansı növdür (MasterCard, VISA, Maestro və s.)? Kart hesabınızda pul var? PayPal təsdiqi üçün xidmət sizin hesabınızdan çox kiçik miqdarda (səhv etmirəmsə $1.99) pul çıxır. Bu ona görə çıxılır ki sizin kartınız aid olduğu bankda bu tranzaksiya qeyd edilsin və orda 4-rəqəmli təsdiq kodu görünsün. Siz kartınızı bankınızda öyrəndiyiniz həmin 4-rəqəmli kodla təsdiqlədikdən sonra isə PayPal həmin pulu yenidən hesabınıza geri qaytaracaq.

Darky Pislick (2012-01-12 15:40:42)
Mən davam et düyməsinə basdımki,onlar banka kodu göndərsinlər.Bu mərhələdə səhv var.Nə edim?

Orkhan I. Ahmadov (2012-01-12 15:39:17)
Siz kartınızın aid olduğu bankdan 4-rəqəmli PayPal təsdiq kodunuzu daxil etmisiniz? Error mesajında konkret bu barədə bildiriş edir ki həmin təsdiq kodunu səhv daxil etmisiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Paypal hesabda problem

Eyni kartı ayrı-ayrı Paypal hesabında istifadə etmək mümkündürmü?

Paypala pul artırmaq

Xarici Paypal hesabı almaq

Online Pul Qəbul etmək.

Paypal – Gürcüstanda bank – nağdlaşma