HTC USB

HTC telefonunun USB driverini və sync yazdım amma qoşula bilmirəm .Problem məncə sistemdəndir. WINDOWS 7 dir məndə

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Sahin Isgenderov (2012-01-14 18:48:21)
yox mende ele videodaki problemdi.USb ni taxan kimi ordaki kimi olur.Portlardadi problem.Men edmiremki driverdedi problem.Mence portlardadai.hamisinda eyni cur yazir.O videoya baxdim orda elediklerini qurdaladim.Bir defe girdi sonra yeniden girmek isteyende olmadi

Orkhan I. Ahmadov (2012-01-14 18:19:40)
Bu video-da qeyd edilən tam başqa bir şeydi, onda apparat problemi ilə bağlı problemi həll etməyə çalışır. Siz dediyiniz isə drayver problemidir. Müxtəlif USB portlar yoxlamısınız? Hər birində eyni nəticə göstərir? Konkret xəta nədədir? Drayver yüklənmir ya "Unknown", "Unrecognized Device" xətası verir? Dediyinizin əksinə Windows 7 drayverlər cəhətdə Vista və XP-yə nisbətən daha təkmilləşdirilmiş versiyadır.

Sahin Isgenderov (2012-01-14 15:11:02)
Yox qosulmadi.Internet de arasdirdim.Windos 7 VE Windows Vistada bu problem var.Ama nece helle etmek olar onu bilmedim.yeni basa dusemdim http://www.youtube.com/watch?v=oyG9MOwPXz0

Orkhan I. Ahmadov (2012-01-14 14:58:24)
Salam. Sizə telefonu hansı rejimdə kompütərə qoşmaq lazımdır? Əgər sadəcə "flash card" kimi qoşmaq istəyirsinizsə USB-nı telefonuzuza qoşanda ekranda çıxan menyuda "USB Mass Storage" seçin. Heç bir əlavə proqram və drayverə gərək qalmadan telefonuzun seçdiyiniz rejimdə kompüterə qoşulacaq. Yox əgər siz kontakt, sms, kalendar sinxronizasiyası etmək və telefonudan bu kimi digər işlərdə istifadə etmək istəyirsinizsə USB-ni qoşarkən həmin açılan menyuda "HTC Sync" seçməlisiniz, kompüterinizdə də eyni adlı proqramın ən son versiyaları və uyğun drayverləri mövcud olmalıdır. İstifadə etdiyiniz telefona uyğun HTC Sync-in HTC-nin rəsmi səhifəsindən yükləyə bilərsiniz. Məsləhət görərdim ki indiki versiyanı silin, kompüteri restart edin, son versiyanı yazın, USB-ni qoşmadan yenidən restart verin. Kompüter açıldığı zaman telefonu USB ilə qoşun, menyuda HTC Sync və ya digər hər hansı rejimi seçməzdən əvvəl adi USB qoşulma zamanı teleb olunan uyğun drayverlərin yüklənməsini gözləyin. Hər biri müvəffəqiyyətlə yükləndikdən sonra telefondakı menyuda HTC Sync rejimini seçin, yenidən bu rejim üçün uyğun drayverlərin yüklənməsini gözləyin. Bu dəfə problemsiz telefonuzun kompüterə qoşulacağınızı düşünürəm.

Sahin Isgenderov (2012-01-13 23:16:30)
Driver var.O cur yoladim alinmir yene.

Emin Mastizadeh (2012-01-13 18:29:19)
Siz bir daha proqramları yenidən yazın, və gələn dəfə usb-ni qoşanda interneri söndürün. Alınmasa Driverləri yoxlayın (Idarə Panelində əgər kompüteriniz ruscadırsa Диспедчер yazın və gələn ilk proqramı açın). orda sizin telefonunuzun driveri sarı rəngli sual işarəsi ilə olmalıdır. həmin driveri seçib, bu driveri sil düyməsinə basın.Sonra kompüteri yenidən başladıb usb-ni taxın.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Android 2.3.5 ram overusage

HTC telefonları barədə

HTC telefonları haqqında

Htc one S kamera

telefonun qızması

Dealextreme sonuncu mərhələ