Google Android planşetində Wi-Fi problemi

Salam, Ebaydan bir Google Android planşeti almışam. Evdə D-Link 2600 Wi-Fi modemi var. Lakin, planşetdən ona qoşulmaq istəyəndə qoşula bilmir və modemin Wi-Fi, DSL, Internet işıqlarını sondurur, təbii ki, internet olmur. Xahiş edirəm, məsləhət verəsiniz. Problem nədədir, planşetdə yoxsa modemin "nastroykalarənda" nəyisə dəyişmək lazımdır? Əvvəlcədən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Orkhan I. Ahmadov (2012-01-15 04:19:45)
WEP şifrələmə metodu stabillik cəhətdə artıq vaxtını keçirmiş bir metoddur. Ola bilsin buna görədir ki planşetiniz Wi-Fi qəbul edicisi həmin şifrələmə metodu ilə işləmir. Əgər modeminiz dəstəkləyirsə WPA və ya WPA2 ilə şifrə yazıb planşetinizi yenidən qoşmağa çalışın. Əgər bu cür də alınmasa planşetinizin Wi-Fi qəbuledicisində problem var deməkdir. Son çıxış yolu üçün əgər modeminiz dəstəkləyirsə "MAC Filtering" quraşdıra bilərsiniz. Belə ki gündəlik modeminizə qoşulan bütün Wi-Fi qurğuların MAC adreslərini modemin "ağ siyahısına" əlavə etməlisiniz, o siyahı xaricindəki qoşulacaq bütün Wi-Fi cihazlara modeminiz avtomatik olaraq rədd cavabı verəcək. Bu halda modemə artıq modemin Wi-Fi-na şifrə qoymağa da gərək qalmır. Adi Wi-Fi şifrəsi qoymaq qədər təhlükəsiz yol olmasa da son çıxış yolu kimi bu metoddan istifadə edə bilərsiniz.

Elman İsgəndərli (2012-01-15 02:54:23)
Salamlar. Emin bəy, məndə "Disable VMM Advertise"i - seçmək, yəni qarşısındakı kvadrata "quş" qoymaq olmur. Orxan bəy, bu Çin istehsalı olan MİD Google Androiddir. Modemdə şifrələmə metodu WEP-dir. Düzgün buyurursunuz, Wi-Fi şifrəsini söndurındə qoşulur. Amma belə istifadə etmək normal deyil, bildiyiniz kimi. Nəsə əlavə məsləhətiniz olarsa, minnətdar olaram. Hər ikinizə təşəkkür edirəm.

Orkhan I. Ahmadov (2012-01-14 14:31:21)
Salam. Yaxşı olardı ki aldığınız Android planşetin tam adını deyərdiniz. Əslində nə modemdə, nə də planşetdə heç bir problem yoxdu əgər onlar digər cihazlarla normal işləyirsə. Sadəcə bəzi səbəblərdən qoşulmalarında konflikt yarana bilir. Modemdə Wi-Fi şifrəsi varsa hansı şifrələmə metodundan istifadə edirsiniz? - WEP, WPA, WPA2? Bəzən mobil cihazın seçilmiş şifrələmə metodunu dəstəkləməməsi üzündə qoşulmaya bilir. Problemin bunda olub olmadığını bilmək üçün ilk əvvəl yaxşı olardı ki müvəqqəti olara modemin Wi-Fi şifrəsini söndürün və bu cür yenidən planşeti Wi-Fi-a qoşmağa cəhd edin.

Emin Mastizadeh (2012-01-14 13:48:21)
Modemin kökləmələrində WMM -i söndür.Bir çox android tab-lər bunu dəstəkləmirlər

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Wi-fi

Android dә Google Chrome brauzeri donur

Tp-Link Wi-Fi modem haqqında sual

Sony xperia Z2 – Android 5.0.2

Android Ə hərfini açmır.

Burdan telefon almaq meslehetdir?