Samsung Galaxy S II modellərin ad müxtəlifliyi

Android əməliyyat sistemli smartfonlarla, əsasən də Samsung Galaxy S II modeli ilə maraqlanmağa başlamışam, internetdəki ilk axtarışımdan əldə etdiyim nəticəyə görə Samsung Galaxy S II - SGH-I9100, SGH-I777, SGH-i727, SGH-T989 modellərinin hər birinə adiddir (?) və bu nəticə məni çaşğıqınlığa saldı. Əgər smartfon Samsung Galaxy S II adındadırsa deməli (məntiqi) bir model nömrəsi ilə nömrələnməlidir. Bəs digər 3 model (və ya ən azı mənim tapdığım 3 model) nədir və bu 4 müxtəlif Samsung Galaxy S II arasındakı fərq nədir?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Orkhan I. Ahmadov (2012-01-14 14:23:38)
Bəli, Elvin qeyd etdiyi sualın cavabı da əslində bu sualən cavabı kimi qəbul etmək olar. Təkcə Galaxy S2 mobil telefonunda deyil, demək olar bütün mobil telefonlar regional, mobil operator standartına görə istehsal edilir və o cür də adlandırılır. Əgər sizə sırf Galaxy S2 modelinin müxtəlif adlar altındakı versiyaları lazımdırsa, burda tanış ola bilərsiniz: http://en.wikipedia.org/wiki/Samsung_Galaxy_S_II#Variants Gördüyünüz kimi beynəlxalq versiya GT-I9100 adlandırılsa da ABŞ-da AT&T operatoru üzərindən satılan versiyası isə SGH-I777 adlandırılıb. Bütün bu adlandırmalar qeyd etdiyim kimi çox zaman sadecə regional fərqlərər, dilə, uyğun operatorlara görə yaranır. Bəzən isə bir qədər biraz daha inkişaf etdirilmiş versiya ümumi beynəlxalq versiyadan sonra satışa çıxarıla bilir. Məsələn GT-I9100 versiyası 2011-ci ilin May ayında satışa buraxıldıqdan sonra, bir az daha təkmilləşdirilib HD ekran və 4G LTE şəbəkə standartını dəstəkləyən və NFC çipinə sahib versiya - Galaxy S2 HD LTE versiyası 2011-ci ilin avqust ayında yalnız bəzi seçilmiş ölkələrdə satışa çıxarıldı.

Elvin Hacı (2012-01-14 02:17:27)
Bu sualdakı ilk cavaba baxın, məncə bu sualınıza cavabdır cavablar.net/2012/01/08/galaxy-s-i9000-aldim-orginalligina-subhəm-var/ Əgər deyilsə, daha dəqiq cavab olar birazdan.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Samsung Led Tv`də problem

Format olmuş Android telefon fayıllarını geriyə qaytarmaq

Samsung Note3 sensor problemi

Samsung Galaxy ya Iphone?

Samsung s wifi 5.0 telefondur yoxsa planşetdir?

Samsung GT-B5722 format kodu