Wi-fi qoşulmada təhlükəsizlik

Bilmək istəyirəm qonşunun ve ya hər kiminsə Wİ-Fİ ilə internetindən istifadə etdiyim halda mənim komputerimə mudaxilə oluna bilər?Yani mənim fayllarımı silə,ogurlaya və ya hər hansı saytda istifadə etdiyim parolu götürə bilər?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Orkhan I. Ahmadov (2012-01-16 12:35:19)
IP-ni bilməklə deyil. IP-istənilən şəbəkədə tanimaq olar ki həmin şəbəkəyə hansı kompüter və cihazlar qoşulub. Əgər siz kompüterinizdə sənəd və qovluqlarınıza başqa kompüterlerdən giriş icazəsi verməmisinizsə hansı şəbəkədə olursunuz olun başqalarının həmin sənəd və qovluqlara baxması mümkün deyil. Siz hər zaman bu ayarları dəyişmək üçün Windows-da: Control Panel > Network and Internet > Network and Sharing Center > Advanced Sharing settings Naviqasiya edib, buradakı ayarlara baxa bilərsiniz. Əgər kompüterinizin qoşulmuş şəbəkələdə görünməz olmasını istəyirisinizsə "Turn off network discovery" seçin. Bu zaman sizin kompüterinizin şəbəkədə görünməz olur, eyni zamanda siz də şəbəkədəki kompüterləıri gorə bilmirsiniz. Əgər fayl və printer paylaşımını söndürmək istəyirsinizsə "Turn off file and printer sharing" seçin. Bu ayar açıq olduğu zaman sizin paylaşım icazəsi verdiyiniz sənəd və qovluqlara digər kompüterlər əlaqə saxlaya bilir.

Musayev Cahandar (2012-01-15 23:31:33)
Əgər İP nömrəsini bilirsə və komputerinizdə təhlükəsizlik o qədər də güclü deyilsə,ola bilər...