Notebook da donmalar olur

Salam son vaxtlar Notebookda tez tez donmalar olur. Biraz qızan kimi işləmək olmur yeni formatladım amma yenədə dəyişən heçnə yoxdu.Nədən ola bilər? (HP 6735s)

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Alehandro Morfeo (2012-01-17 00:11:39)
Orkhan I. Ahmadov Çox sağolun geniş məlumata görə.Özüm heç açmamışam amma prob edərəm görüm nə olur.

Orkhan I. Ahmadov (2012-01-16 23:22:25)
Tipik "overheat" problemidir. Yəni qızma ilə bağlıdır. Kompüterin hissələri, xüsusiylə də CPU (prosessor) və GPU (qrafik prosessor) saniyədə milyonlarla proses həyata keçirir və kompüterdə gördüyünüz işlər gərginləşdikdə proseslərin sayı daha da artır, bu isə daha çox prosessorun qızmasına, və eyni zamanda daha çox soyutmaya tələbata gətirib çıxarır. CPU və GPU optimal səviyyədə soyudulmayanda kompüter ləng işləməyə başlayır, proses tələblərinə gec reaksiya verir. Optimal soyudulmama kompüterin hissələrinin ömrünü azaldır. Bu cür aparat problemi kompüteri formatlamaqla düzələn şey deyil. Mən məsləhət görərdim ki, əgər özünüz baş çıxarırsınızsa noutbukunuzu söküb onun hissələrinin təmizliyinə, həmçinin soyudan ventilyatorların optimal dövr etməsinə və təmizliyinə diqqət yetirəsiniz. Həmçinin CPU və GPU hissələrinin soyudan bölmələrlə kontakt maddəsinin (thermal grease) qurumadığına və funksional olduğuna baxmağınızı məsləhət görürəm. Əgər özünüz bacarmayacağınız işdirsə bacaran tanışınıza, ən son halda isə yaxşı bir ustaya göstərin.

Cabbarov Sübhan (2012-01-16 23:09:22)
Ola bilsin səbəb bundan "DDR-II 800MHz" irəli gəlir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Laptopun kamerası yerinə, başqa kamera istifadə etmək

Notebook marka seçimi, hp ya asus?

hp üçün driver

Samsung notebook haqqında

Şəxsi istifadə üçün məsləhətli printer

HP notebook sual