PayPal Azərbaycan nümayəndəliyi varmı?

2 gün əvvəl eBay'dən iPhone 4/4S üçün cover(örtük) sifariş etmişəm. Ödəmədə PayPal vasitəsilə həyata keçirilib. İlk dəfədir online alış-veriş etdiyimdən, eBay'də dələduzluq olub-olmaması barədə məlumatım yoxdu. Açığı, 50/50'ə düşünürəm. Məhsul ya gələr, gəlməz güvənim yarı yarıyadı. Deyək ki, sifariş edildi, lazımi məbləğ hesabdan çıxıldı və məhsul gəlmədi. Şər deməsən, xeyir gəlməz :) Biz pulumuzu necə geri alacağıq? Bunun cavabı - PayPal'dan! Amma necə?! www.paypal.az adresinə gedirsən, yönləndirilir https://www.paypal.com/az'a yəni, yenidən paypal.com. Belə olduğu halda, PayPal heçdə güvənli olmur, əksinə. Bu işlər e-poçt'la olmaz. Gərək bir telefon nömrəsi ola ki, dərdinə dərman tapan vətəndaş ola :) Sualım belədir, PayPal'ın Azərbaycanda üçün distribyutoru var?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Arif Cavadov (2012-03-18 03:03:48)
mən bir dəfə mal aldım.pulu ödədim.ondan sonra mənə satıcı məktub yazdı ki xaiş edirəm mənə negativ səs verməyin sizin pulunuzu artıqlaması ilə geri ödəyəcəyik.hər hansı bir problemlə əlaqədar malı göndərə bilmirik.və həqiqətən də balansıma baxdm 7man(10$) əlavə pul gəlmişdi.halbuki mənim aldığım mal 1$ dəyərində idi..:)

Ülvin Təvəkküllü (2012-01-19 13:13:38)
Sualımı cavabsız qoymadığınız üçün təşəkkür edirəm.

Elvin Hacı (2012-01-19 03:07:02)
Salam. paypal barədə bir qədər yanlış təsəvvürləriniz var. 1. Paypal elə Ebay şirkətinə məxsus universal xidmətdir. Bakı nümayəndəliyi yoxdur. Domenin yönlənməsi adi haldır, əksər şirkətlər elə edir. 2. Ebay protection xidməti sizin müsbət rəyiniz və ya 45 günlük etirazsızlığınız olmadan sizin pulu satıcıya vermir, dondurur, odur ki heç kim Ebayda bu cür dələduzluq edə bilməz. Yoxsa heç kim ebayda bahalı nəsə almazdı. 3. Malınız 99% gələcək. şəxsən mən az qala 100dən çox mal almışam indiyədək, 100% hamısı gəlib. Odur ki bu tip şübhələrə əsas yoxdur, narahat olmayın.