Ebayda satıcı malı göndərmir

Salam,ebaydan 9 dollar dəyərində auksiondan portmanat almışam. Pulunu 16-sı ödəmişəm,ama hələ göndərilib ikonu yanmayıb. Satıcıyada yazmışam ,cavab vermir. http://www.ebay.com/itm/260933769985?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649#ht_2523wt_1143

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Milan (2012-01-20 11:17:14)
zəhmət olmasa baxın bu satıcıya,heç bir mal satmır artıq bu necə olur,deyəsən o artıq burdan çıxır axı hə? http://www.ebay.com/itm/260933769985?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649#ht_2523wt_1273

Milan (2012-01-20 00:51:50)
Çox sağolun həqiqətən kömək oldunuz

Rovshan Musayev (2012-01-19 23:57:03)
İstənilən halda o sənə cavab yazmağa borcludur, ebay-da özü məsləhət görür ki ilk öncə problemlərinizi satıcı ilə həll edin. Sən yenə də gözlə. Əgər o sənə cavab yazmamaqda davam etsə və 1 aya mal gəlməsə E-bay Resolution Center var ora yaza bilərsən, sənin düzgün olduğunu təsbit etsələr pulunu karta refund edəcəklər. Məndə olub belə hallar və elə vaxt olmayıb ki sikayət mənim xeyrimə həll olunmasın. Yəni satıcıdan çox alıcıya inanir e-bay.

Elvin Hacı (2012-01-19 15:33:58)
Ola bilsin yadından çıxıb ebayda göndərdim yazmaq. Məndə də var biri elə, 7-8 gün keçdi amma yazmadı göndərdim, özünə yazdım, izah elədi ki hər gün 100lərlə mal satırıq deyə bəzən gecikirik vurmağa. Sonra track number verib sübut etdi ki əslində malı dərhal göndəribmiş, sadəcə ebayda yazmağa gecikib.