İnternetə çıxışa məhdudiyyət

necə etmək olar ki, komp ancaq local-da işləsin. internətə çıxışı olmasın. və ya məsələn saat 10-dan 12-yə kimi (yəni 1 saatlıq) internetə çıxış olsun.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Rovshan Musayev (2012-01-20 00:08:50)
Usergate deyilən bir proqram var, şəbəkəyə qoşulmuş kompyuterlərdə siz istədiyinizi və xeyli artığını həmin proqramın köməyilə etmək olar. Amma bir şərtlə ki modem serverə qoşulsun və internet serverdən paylansın. Yəqin bunu 1 kompyuterə də şamil etmək olar. Amma bəzi modemlərdə yuxarıda qardaş qeyd etdiyi kimi modemin daxili proqramında interneti sənin təyin etdiyin qaydalar əsasında işləməsini təmin edən hissələr olur. Olmasa da modemi proşifka (Proqram təminatını yeniləmək) etməklə buna nail olmaq olar.

BNM (2012-01-19 22:26:47)
Əgər Əməliyyat sistemi Windows 7 -dirsə, Valideyn kontrolu (Parental control) vasitəsilə, yaxud modemin daxilindən (əgər modeminiz belə bir xidməti dəstəkləyirsə) və üçüncü variant kimi xüsusi, məsələn: Child control kimi softlarla etmək olar. axtarış sistemlərində "Parentla control software" açar ifadəsiylə axtarış edin.