Ram nədir?

Bu haqda məlumat əldə etmək istəyərdim. Ram nədir?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

ahmed (2012-02-03 11:49:17)
RAM kompüterin əsas yaddaşıdır. Kompüterin iki cür yaddaşı olur: fiziki və daimi. Fiziki yaddaş kompüterin ən əsas yaddaşıdır. Bütün icra olunan proqram kodları o cümlədən əməliyyat sisteminin proqram kodları, istifadəçi proqramları hamısı məhs fiziki yaddaşa - RAM -a yüklənir. Prosessor fiziki yaddaşdan proqramın instruksiyalarını (4-8 bayt, 32-64 bit) öz müvəqqəti kiçik yaddaş sahəsinə - Reqistrlərinə oxuyaraq icra eliyir. Proqram icrasını bitirdikdən sonra isə nüvə onu yaddaşdan - RAM -dan silir(ona ayrılmış yeri "boş" elan eliyir). Daimi yaddaş isə məlumatın uzun müddətli saxlanması üçündür. Sərt disk, usb disk, CD/DVD v.s. daimi yaddaşa misal ola bilər. Qeyd eliyim ki, kompüterin işləməsi üçün daimi yaddaşın olması mütləq vacib deyil. Yəni sərt disksiz də kompüter əməliyyatlar sistemin şəbəkədə başqa kompüterdən birbaşa RAM-a yükləyə bilər və sistem tam funksiyanal işləyər. Disksiz serverlər buna misal ola bilər. Bir balaca da RAM-ın strukturu barədə. Fiziki Yaddaş - RAM ardıcıl yerləşdirilmiş və 0-dan başlayaraq nömrələnmiş baytlar ardıcıllığından ibarətdir. Hər-bir baytın nömrəsi onun fiziki ünvanı sayılır. Qeyd edim ki, yuxarı saviyyədə istifadəçi proqramlarında hesablanan ünvanlar fiziki ünvanlardan çox fərqli ola bilər. Buna səbəb əməliyyatlar sisteminin fiziki yaddaşı idarə etmək üçün tətbiq etdiyi Virtual Yaddaş texnikasıdır. Bu barədə ətraflı INTEL 80386 PROGRAMMER'S REFERENCE MANUAL, CHAPTER 5 MEMORY MANAGEMENT sənədindən məlumat əldə edə bilərsiniz. Son olaraq onu da əlavə etmək istəyirəm ki, fiziki yaddaş və daimi yaddaşdan əlavə prosessor həm də giriş/çıxış portlarına qoşulmuş qurğulardan da məlumat əldə edə və ötürə bilər. Misal üçün klaviatura, eyzernet şəbəkə kartı,video kart, printer v.s.

Tural92 (2012-01-20 23:20:11)
Operativ yaddaş - kompüter söndürüldükdə yaddaşındakılar silinir.

Elman İsgəndərli (2012-01-20 14:59:03)
RAM- Random Access memory deməkdir. Əməli (operativ) yaddaşdır. Prosessor müvəqqəti olaraq proqramları və məlumatı RAM-da saxlayır və icra edir. Eyni zamanda bir neşə proqramın tez və rahat işləməsi onun sürətindən asılıdır.

Cabbarov Sübhan (2012-01-20 14:50:43)
RAM-ı adicə telefona taxdığın yaddaş kartı kimi təsəvür elə. RAM-da komputerdə aktiv işləyən proqramların məlumatları saxlanılır. Ancaq RAM-a məlumat yerləşdirilib, alınarkən sürərət daha çox çox böyük olur. Əgər sürətli olmasa komputerə bir işi 5-10 dəqiqəyə görərdi. İndi fikirləşəcəksiniz ki HDD-da niyə saxlanmır. Bunun səbəbi HDD-a məlumat ötürülməsi zəyif baş verdiyindəndi. Yəqin görümüsünü ki RAM-lar adətən 32GB-dən böyük olmur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

iPhone 4s üçün ram təmizləmə

Komputer rami haqqinda

Oyun donur

Ramı az işlədən antivirus

Uyğun qiymətə 12gb rama sahib hosting.

Corsair ramları