Dedicated server(my.cnf,httpd.conf,nginx.conf)

VDS işlədənlər və ya anlayışı olanlar varsa bəzi şeyləri məsləhətləşmək istərdim. Məsələn avadanlıq göstəriciləri budur: Intel Core i7-920 4x 2.66 GHz RAM 8Gb HDD 2x 750Gb SATA-II HDD (Software- RAID 1) Bu halda optimal konfiqurasiyalar necə olsa server daha sürətli işləyər?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Emin Mastizadeh (2012-01-24 04:15:24)
Server üçün daha çox Xeon prosessoru məsləhət görülür. Bu tip serverdə Apache yaxşı işləməlidir. Ən əsas qoşulmanın sürətinə fikir verin,sizin serverdə problem yalnız qoşulmada və hücumlarda baş verə bilər. Bir də yəqin ki,Linux işlədirsiz. Çünki serverin stabil olmasını və sürətli işləməsini istəyirsizsə bunu yalnız Linux nüvəli əməliyyat sistemində edə bilərsiz.Aprel ayında serverlər üçün ubuntu 12.04 çıxacaq, həmi versiya uzun müddətlidir,və serverinizdə onu qursaz uzun müddət rahat işləyəcək.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Localhost və serverə sayt yerləşdirməkdə problem

Azercell DNS-ləri yeniləmir

Öz komputerimdə server qurmaq

Hostinq dəyişmək

WordPress hostinq

Hostingdə 2 domen