PR 4 idi. İndi isə 0

Salam. Bu yaxınlarda saytı yeni serverə köçürdüm. Bundan qabaq Google Page Rank 4 idi. Amma keçəndən sonra fikir verdim ki 0-a enib. Bu sizcə nədən ola bilər? Bəlkə Google hələ də köhnə serverdən alır məlumatı və bu bir müddət belə davam edəcək? Təşəkkür.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

Samxal Meherremov (2012-01-24 02:27:51)
Cavablara görə təşəkkür. PR yenə əvvəlki kimi 4-dür) Rahatlaşdım bir az. Googla sayta yeniden baxması üçün zapros göndərdim. Nəticə verdi.

Murik de Dejavu (2012-01-23 10:12:45)
Bu arada son yenilenme budu, amma mene ele gelirki PR yaxinlarda yenilenib :) - Яндекс выдача: 21.01.2012 - Яндекс тИЦ: 23.12.2011 - Google PR: 08.11.2011

Murik de Dejavu (2012-01-23 10:04:55)
@Samxal , xDDDD...... O zaman Google Panda nin i6idi, Google Panda ya gore saytda copy melumat varsa senin saytini "zir-zibil' sayt kimi qeyde alib demek olarki axira atir, sayt da user in qalmagi, google dan gelen user in sisteme geri qayitmasi kimi hallarda boyuk tesirdi...sebeb 4ox ola biler....

Samxal Meherremov (2012-01-23 04:13:49)
Murik de Dejavu , təşəkkür geniş cavab üçün. Amma Deindex olunmayıb. Hazırda 450 000-ə yaxın url var axtarışda. GoogleBotlar sayta hücuma keçməyə başlayıb əksinə) Gecə onlaynda təkcə Forumda 60 bot var idi. Bilmirəm bu nə deməkdi.

Murik de Dejavu (2012-01-22 19:26:01)
Bunun 4ox sebebi ola biler... Google Panda nin ise dusmesi ile SEO anlayisi tamam deyisib, ammaki hele xeberim yoxdu Azerbaycan dilli saytlara tetbiq olunur ya yox... Yeni versiyaya gore 30-40 gunden 1 yenilenir, eger GoogleBot index lemeye gelende bagli olubsa deindex olmu6 ola biler, bu ise 4ox pis haldi....deindex olmasini site:sayt_unvani kimi yazib en 4ox ehemiyyeti olan a4ar sozu yazib axtar, eger he4 bir 6ey tapmasa Google Deindex olunub saytin, busa Google a elvida demekdi teesifki.... Eger nese tapsa saytini yazarsan meslehet vererem...

Elvin Hacı (2012-01-21 22:10:55)
Düzü bilmirəm bu məlumat sizdə haradndır, amma istənilən mənbədən yoxlaya bilərsiniz. Məsələn http://www.hobo-web.co.uk/google-pr-update/ və ya Wikipedia-dan. Page Rank çox gec-gec yenilənir. Bir də ki buna çox da fikir verməyin, yüksək olması yaxşı əlamətdirsə də, aşağı olması faciə deyil, siz öz işinizdə gücünüzdə olun :)

Samxal Meherremov (2012-01-21 21:52:27)
Elvin Haci, təşəkkür cavab üçün. Amma mən tam əksini bilirəm. Hətta PR göstəricisi hər an dəyişə bilər və müəyyən səhifələr üçün bu göstərici fərqli ola bilər. Mənim öz fikrimcə ip-lərin yenilənməsi ola bilər səbəb. Ümid edirəm bərpa olacaq tezliklər. PR=4 etmək üçün əziyyətim böyük olub.

Elvin Hacı (2012-01-21 21:43:49)
Salam. Google PR-ı çox gec-gec yeniləyir, axırıncı dəfə də səhv etmirəmdə ən azı 5-6 ay əvvəl yeniləyib. Ona görə də sizin server dəyişməyinizin təsiri olmamalıdır axı. Birdən birə azalmaya isə copyrightı pozan kontentin aşkara çıxarılması, saytın müəyyən vaxtlarda açılmaması və.s. təsir edə bilər.

Samxal Meherremov (2012-01-21 21:37:38)
Təşəkkür. Data Mərkəz hetzner.de olaraq qalır. Sadəcə Avadanlıq dəyişilib.

Ferid Mövsümov (2012-01-21 15:54:18)
Teze serverin eğer ferqli ölkededise problem burdan qaynaqlanabiler.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

ə hərfi fontu

google indexdən url silmək

google kod

Google Translate heyəti

Google Chrome Canary üçün daimi link axtarıram

Maaş kartımdan pul oğurlanır