Mysql-la bağlı problem.

Salam, İki sualım var 1)Belə bir problemlə qarşılaşmışam.Serverdə (remote server) phpMyAdmin olmadan adi php fayl ilə mysql dump etmək istədim,lakin mysql dump edirəm amma dump faylını öz lokalhostumda phpMyAdmində import elədim lakin ə hərfləri ? işarəsi kimi görünür.Problemin lokaldakı skriptdən ola biləcəyini düşünüb phpMyAdmin-dən (lokalhostdakı) də girib db dakı məlumatlara baxdım lakin ordada eynilə sual işarəsi kimi görünür.Digər 3-4 mysql dumper (php ilə) yoxladım onlardada eyni oldu.Bunu necə həll etmək olar? 2) Linuxdakı msyqldan backup edib Windowsda phpMyAdmin-ə import edəndə table name-lər hamsı lower case olur.Sonra yenidən Windows-dan dump edib, linux'a import edəndə skriptdə problemlər çıxır.İndi win serverdə my.ini faylıda lower_case_table_names=0 eləmişəm daha belə olmur.Lakin hansısa yol varmı bütün table_name ləri Upper Case edim, yoxsa -bir-bir etməliyəm hamısını?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Shahriyar Rzayev (2012-02-11 23:50:32)
2ci suala cavab olaraq: 1) Yaxşı olardı ki, hər iki sistem-də bir dəfəlik "lower case" istifadə edəsən. bunun üçün hər iki tərəfdə də lower_case_table_names=1. Bu zaman bütün table və database adları "lower case" olur. 2) ya da ki lower_case_table_names=0 Unix\Linux üçün və lower_case_table_names=2 Windows üçün. Bəzi istisnalar da var təbii ki. Daha ətraflı bu linkdən baxa bilərsən: MySQL Identifier Case Sensitivity

Samir Hajiyev (2012-01-23 14:23:03)
Birinci problem üçün məsləhət görərdim "Sypex Dumper" işlədəsiz. Export etdiyiniz bazanı elə bu dumperin özü ilə də import etsəniz yaxşı olar. Bir də məlumatları bazada çalışın utf8_general_ci kimi saxlayın.