Mysql_query və mysql_unbuffered_query arasında fərq nədir?

Salamlar. sualım belədi mysql da data bazaya muraciət edəndə mysql_query funksiyası var, bunu bilirəm. bəs mysql_unbuffered_query ne işə yarayır? mysql_query ilə fərqi nedi? 2-ci sualım isə belədi. mysql_result($sorgu, 0) burda 0 neyi gosterir? 0 dan başqa rəqəm verəndə error verir. Cavablarınız üçün öncədən təşəkkür edirəm

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Elvin Hacı (2012-01-22 20:18:00)
mysql_unbuffered_query() maraqlı bir funksiyadır, ümumən mysql_query() ilə eyni işi görür, amma fərq odur ki, 1-ci funksiya bütün nəticələri fetch etmədən hazır vəziyyətə gəlir, və fetch edərkən 1-ci sətirdən etibarən oxuyur cədvəli. mysql_query() isə sorğuya uyğun olaraq bütün bazanı oxuyur sonra hazır vəziyyətə gəlir. Bir sözlə birinci funksiya ancaq çox böyük bazalarda yararlıdır.mysql_result($sorgu, 0) bu funksiyadakı 0 isə sətrin nömrəsini göstərir. Sizdə ona görə səhv verib ki sizin queryləriniz 1 sətirli nəticə qaytarır. Məsələn sorğunun yerində select * from table-a uyğun query funksiya yazın, ona görəcəksiniz ki səhv vermir, həmin query-nin ilk sətir elementlərini massiv şəklində qaytarır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

PHP-MySQL-ə dair sual

Hostinqin phpmyAdmin-ində yaradalıcaq DATABASE xanalara nə yazmaq lazımdır?

Linuxda skript

Mysql sıralama və qruplaşdırma

PHP – facebookdakı kimi ortaq dostlar bölməsini necə yazım?

Mysql sorğuda yardım.