Azercell DNS-ləri yeniləmir

Salam. Bəlkə burda kimsə bu problemlə rastlaşıb. Saytı təzə serverə köçürən gündən 10 gün keçib artıq. Azercell abunəçiləri sayta daxil ola bilmir hələ də. Normalda mən bildiyimə görə bütün provayderlər ,operatorlar 24-72 saat ərzində DNS keşləri yeniləməlidi. Azercelldə bu müddət daha uzundur ya necə? Onu da qeyd edim ki giriş problemi yalnız .az domenlərimdədir. Digər .mobi və .net domenlərinə Azercell-dən daxil olmaq olur. Məni çaşdıran məqam da burasıdır. Təşəkkür.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Samxal Meherremov (2012-01-25 01:36:53)
Elvin Hacı , Təşəkkür cavab üçün.  Almanlardan almışam.  hetzner.de Hal-hazırda Azercell və bəzi provayderlərlə problemim var. Demək ki, gözləməkdən başqa heç nə qalmır.

Elvin Hacı (2012-01-24 21:23:24)
Salam. Yeni serveriniz Almaniyada deyil təsadüfən? Alman serverləri ilə bizim bəzi providerlər düz gəlmir. Məndə də alman serverinə köçəndə hətta 2 aya kimi nsləri köhnə kimi qəbul edən provider olmuşdu vaxtilə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Nomrenin sahibi gelen geden zengleri cixara bilermi ?

Hosting+Domain ilə bağlı sual.

Hansı havayı hostinq saytını məsləhət görə bilərsiniz?

Məşhur olan saytı ləğv etmək mümkündür?

Yerli hostinqler

DNS dəyişmədən girmək olmur internetə