Nokia C6-00 haqqında bir neçə sualım var.

Hər kəsə salam. Mənim bu Nokia C6-00 haqqında bir neçə sualım var. Xahiş edirəm mənə yardım edəsiniz. 1)Mənim telefonumun sensoru xarab olmuşdu. Telefonumun qarantiyası var idi. Apardım servisə, usta dedi ki, bəs telefonda virus var yəqin ki, ona görə əvvəlcə format etmək lazımdır. Mən də razı oldum. Telefonum format olandan sonra normal işliyirdi. Mən indi bilmək istəyirəm ki, bu symbian telefonları üçün ən yaxşı hansı antivirusu məsləhət görürsünüz. Həm də elə antivirus olsun ki, bir dəfə lisenziyalaşdırım, qurtarıb getsin. Yoxsa mən əvvəllər netqin işlədirdim. Hər ayt məndən 70 qəpik lisenziya pulu alırdı. 2)Mən belə telefona 2-3 dənə proqram yazan da telefon yenə bəzi vaxtlarda donur. Bu nədən ola bilər? Yəni telefonu sürətləndirməyin yolu nədi? 3)Bir də bu telefon üçün qəşəng tema, oyun, proqramları bildiyiniz hansı qəşəng saytdan yüklüyə bilərəm? Tanıdığım saytlarda qəşəng tema və oyun demək olar ki, azdır.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

isiqaqa (2012-01-28 13:38:14)
Məumatlara görə çox sağ olun.

turallsw (2012-01-27 20:50:11)
Al birdənə SonyEricsson firmwaresinə bir iki dənə patch elə.nə virus qorxusu olsun nədəki bir şey. istəyirsən bax  k750i w800ə çeviriblər : http://www.youtube.com/watch?v=-Wgq7K554ps

WaRRioR (2012-01-27 20:05:51)
1. Mən ümumiyyətlə məsləhət görərdim ki, anti-virus işlətmə. Sadəcə bir az ehtiyyatlı ol. Hər saytdan fayl yükləmə. Ancaq məşhur və adlı-sanli saytlardan yüklə.2. Telefonun donması bəzi prosesslərin işlək olmasından irəli gəlir. JBak Taskman proqramı ilə lazımsız prosessləri öldürüb telefonun sürətini artıra bilərsən.3. Azərbaycan belə saytlar var. MoBiLiM.Az və MobiLand.Az

Emin Mastizadeh (2012-01-27 18:27:49)
Donmə məsələsi: Proqramları açıq qoymayın. Mən TaskManager işlədirdim,oradan proqramları bağlamaq olurdu. Oyun və proqramları çalışın Ovi Store-dan yükləyin. Telefonun menyusunda göy mağaza işarəsi. Orada çoxlu pulsuz maraqlı proqram və oyunlar var.

Emin Mastizadeh (2012-01-27 18:24:59)
İki il symbian s60v5 telefonumu anti-virussuz işlətdim, bütün saytlara daxil oldum və yalnız 1 dəfə virus düşdü. O da kaspersky proqramını yazanda kasperin özündən(crack versiyalarından bəzilərində virus qoyurlar).Belə qərara gəldim: Antivirus lazım olmur,yazmayın. Tanımadığınız saytlardan oyun və ya proqram yazmayın. Düz işləməyən telefonlardan bluetooth ilə heç nə köçürməyin. Bu qaydalara əməl etsəz probleminiz olmayacaq

isiqaqa (2012-01-27 18:21:15)
Qardaş, əziyyətin üçün çox sağol.

BNM (2012-01-27 15:46:14)
bütün bu suallara cavabı www.mobiland.az saytında tapa bilərsən.

turallsw (2012-01-27 11:32:26)
1)Telefon üçün çox adam kaspersky işlədir. istəsən [http://www.tricks4indya.in/2011/06/kaspersky-mobile-security-90-cracked.html] saytdan endirə bilərsən crack olunub bəlkə aktivasiya üçün kod lazım olmadı. 2)Adətən telefonda fayllar çox olanda tutulur." əşi şəkildi(mahnıdı,videodu) dəə qoy dursun"  dediyiniz lazımsız fayllar varsa oları silin. 3)themes for nokia C6 :http://www.onsmartphone.com/themes-for-nokia-c6-00/ http://www.appmobile.org/en/nokia-c6-00-themes?page=2 program: getjar.com oyun:   http://gallery.mobile9.com/c/nokia-c6-softwares_2996/1/ Bildiklərim bu qədərdir....

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Nokia E5 telefonu üçün Azan proqramı axtarıram

Silinmiş nömrələrin bərpası

Nokia proqramı silinib

Nokia N8 Belle

Pulsuz Anti-virus

Memory Card`ım işləmir, nə etməliyəm?