İnternet auksion açmaq barədə məsləhət lazımdır

Azərbaycanda skandinaviya auksionu olan bir sayt yaratmaq istəyirəm. Biznes plan şifahi şəkildə mövcuddur. Artıq planlaşdırılıb. Saytı texniki cəhətdən yaratmaq, təhlükəsizliyini təmin etmək üçün kimlərə müraciət etməliyəm? Hansı proqramı bilən şəxslər lazımdır? Ümumiyyətlə bu işdə iştirak etmək istəyən varmı? Sizcə Bu nə qədər özünü doğruldar və maraqlı olar?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Farid (2012-03-18 03:17:24)
Bu mənim də ağlıma gəlməşdi.Məsləhət görmədilər deyə vazgeçtim.

Elvin Hacı (2012-01-28 01:24:02)
Mobil operatorlar minimum 50% alır hər sms-də. Bu sərf eləməz axı. Bu ancaq maya dəyəri olmayan(tv ulduz yarışmaları) yerlərdə əlverişli ola bilər. Amma Azericard, Paypal kimi sistemlər yalnız cüzi faiz tutub 97-100% ödənişi satıcıya verirlər. Fərq kəskindir. P.S. Sinta.az məhz belə işləyirdi, orda da bahalı telefonlar, kompüterlər 5-10 aznə satılır deyilirdi. Əvvəli yaxşı getdi, sonra tutmadı

Rivendell (2012-01-28 01:14:39)
Skandinaviya auksionunda İphone 5 manata satılır. Bu auksionun işləmə prinsipi başqadır. Bu intelektual auksiondur. Həmdə Azərbaycanda internet alışverişi ona görə zəifdir ki, rahat ödəmə sistemi yoxdur. Heç kim mobil operatorlarla əməkdaşlıq etmir bu sahədə. Ya kredit kard ya da paypal sistemindən istifadə edirlər.

Emin Mastizadeh (2012-01-27 23:37:29)
Ümumiyyətlə bu tip proyekt Azərbaycanda özünü doğrultmur.İnternetdən sifariş edənlər azdır,olanlar isə ebay və ya başqa xarici saytdan ucuz qiymətə sifariş edirlər.Siz heç cür elə qiymət təklif edə bilməyəcəksiz,əlbətdə,əgər tamojnuda qohumunuz yoxdursa)))

Oruc Yaqubov (2012-01-27 23:15:31)
P.S. sinta az da elvinin dediyi kimi ele skadinavia auksionu olmushdu.google vasitesile ve ya burdan baxa bilersen http://www.weblist.az/servisi/3663/

Oruc Yaqubov (2012-01-27 23:12:50)
Elvinin fikri ile raziyam.eger ozunu dogrultsa bele,siz oz ishinizi bashqalarina yeni ki bashqa proqramistlere  gordurseniz daha bir menasi qalmaz.bu yaxshi ideya olsaydi,bunu proqramistler iszden qabag ederdiler.Azerbaycanda internet uzre qazanc elde etmek isteyirsinizse ilk once ozunuz programist olmalisiniz sonra gozel bir ideya fikirleshib onu tetbiq etmesiniz ozunuzu dogrulda bilersiniz

Elvin Hacı (2012-01-27 23:09:43)
sinta.az da skandinav auksionu idi. Ən azından adı və təqdimatı belə idi.

Rivendell (2012-01-27 23:08:09)
sinta.az adi auksion idi. Mən skandinaviya auksionu deyirəm. Nə olduğu barədə məlumatınız var?

Jamil Gasimov (2012-01-27 22:11:07)
Bu artıq olub keçib də Azərbaycanda. Bir zaman sinta.az var idi.Mənim fikirimcə ideya özünü doğruldmayacaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Auksionda(ebayda) qalib gəldim.Malı almasam olar?

Ebayda auksionun vaxtı

auksion nədir?

Ebayda auksionda fotoaparat udmuşam.

Ebayda auksion xətası

Auksion malları