Kompyuterim səs edir

Artıq uzun müddətdir ki, kompüteri işlədirəm. Bir də görürəm ki, başladı dırıldamağa, ümumiyyətlə bütün proseslərə təsir edir. Dırıldı kəsik-kəsik gəlir. Hər biri 1 saniyə hər dırıltı olanda maus hərəkətdən dayanır. Dırıltını ancaq kompüterdə nəsə bir səs olanda eşitmək olur. Digər vaxtlarda isə ancaq mausun donması ilə görmək olur. Heç bir yerdə belə şeyə rast gəlməmişəm. Elə olur ki, 5-10 dəqiqə gözləyirsən keçib gedir. Elə olur ki, məcbur komputeri restart eləyirəm. Dırıltı vaxtı hətta restart edən də restartdakı səs də qırılıra qırıla gəlir.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Ahmed Mamedoff (2012-01-29 16:21:48)
http://www.youtube.com/watch?v=LHal5Qgj-g0&context=C3ab7c19ADOEgsToPDskImsFr2HTfOc1gcr0oP97jB

Ahmed Mamedoff (2012-01-28 23:53:48)
Soundkartin drayveri deyil, HDD-də problem yoxdu, belə olandan sonra elə olur ki, set atır, dinamikadan heç bir səs gəlməyəndə bilinmir. bilmək üçün gərək mausu tərpədəsən. tərpədəndə görürsən ki, gedir birdən dayanır sonra gedir yenə dayanır. Bir dəfə gərək belə olanda video ilə çəkim youtuba qoyum. bura youtubdan ssılka yazmaq olar?

BNM (2012-01-28 20:21:28)
Əgər səs, səsucaldıcılardan deyil, prosessor qutusundan gəlirsə, Problem HDD (sərt disk) probleminə çox oxşayır. Əməliyyat Sistemini yenidən quraşdır, əgər problem yenə davam etsə Sərt disk ya zədələnib və sırıdan çıxmaq üzrədir.

Emin Mastizadeh (2012-01-28 04:50:48)
Yani dinamikdən gəlir? Onda problem səs proqramındadır. Siz panel upravleniya-bölməsinə girin, axtarışda Дис yazın və boz ikonkalı dispedçer ustroyst gəlməlidir. Ordan sound kartı seçin Driveri update edin. İnyernetdən yeni versiyanı yazmalıdır. Olmasa, proqramlardan səs üçün yazılmış proqramları sil və yenidən yaz. Çox vaxt kompüterin üstündə disk verirlər və orda səsin driveri olur. Onu yazmaq məsləhətdir. Sonra da nəticədən xəbər verin. Uğurlar.

Rivendell (2012-01-28 01:11:25)
gec deyəndə 3 ildir bu vəziyyətdə işlədirəm. Səs texniki hissələrdən gəlmir. Mahnıya qulaq asanda ya videoya baxanda həmin qırılma bilinir.

Emin Mastizadeh (2012-01-27 23:31:14)
Məndə də olmuşdu,bir müddət sonra işləmədi. Qarantiyası var idi, apardım,düzəltdilər,dedilər harasa dəyib və zədələnib,ona görə belə səs gəlirdi. Ən yaxşısı gec olmamış ustaya aparmaqdır.

Rivendell (2012-01-27 23:07:26)
Yox virus yoxdu, Həmin vaxtı task manager ile yoxlamışam heç bir əlavə prosess getmir.

Jamil Gasimov (2012-01-27 22:06:37)
Virus ola bilər bu. Task manager-də yoxlayın hansı prosess CPU-nu yükləyir.