Amazon.com Azərbaycana çatdırılması haqda bilmək istəyirəm

Salam aleykum. Amazon.com-dan necə öyrənmək olar ki istədiyim bir şeyi Azərbaycana göndərir yoxsa göndərmir?Yəni ebaydan baxmaq olur ki göndərir və yaxud da yox.Amazon.com-un da belə imkanı varmı?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Orxan Eliyev (2012-01-29 01:46:33)
Çox sağol Elvin bu cavabın mənimdə işimə çox yaradı.Təşəkkürlər.

EskoZ (2012-01-28 19:40:52)
Axır ki istədiyim cavabı ala bildim.Təşəkkürlər mövzuya aydınlıq gətirdiyin üçün.

Elvin Hacı (2012-01-28 17:27:04)
Xeyr, verdiyim linkdə yazıldığı kimi Amazon hər malı Azərbaycana göndərmir, yalnız kitab, disk tipli şeylər göndərir. Bir sözlə siz Azərbaycandan Amazona daxil olub birbaşa alış veriş edə bilməzsiniz. Amazon Ebay ilə eyni tipli xidmət deyil, Ebay sadəcə satıcı ilə sizi calaşdırır, Amazon isə özü mağazadır, ona görə də ümumi qaydası var. Ebayda isə satıcı istəsə göndərir, istəməsə göndərmir. Amazondan shipito.com kimi 3-cü tərəf servislərə pul ödəməklə nə istəsəniz ala bilərsiniz, amma bu bir az uzun prosedurdur.

EskoZ (2012-01-28 17:04:57)
Elvin axtarış etdim amma məni maraqlandıran suala tam olaraq cavab tapmadığım üçün sual əlavə etdim.Sən verən linkdə də tam məlumat yoxdu.Mənim sualım belədir ki Shipping to: Worldwide ebay kimi bu da fəaliyyət göstərirmi?

Elvin Hacı (2012-01-28 16:59:29)
Salam. Sualı yazarkən çıxan canlı nəticələrə diqqət etsəydiniz, dərhal cavabı alardınız. Bu sual əvvəllər verilib, buyurun: http://cavablar.net/2011/05/03/amazon-com-dan-alis-veris/#comments